Page 202 - "Xəzər"
P. 202
sın-xısın gülür. Gah sənə elə gəlir, artıq yaxınlaşmısan, gah da səndən baş götürüb
qaçır, uzaqlıq və yaxınlıq səni eyni dərəcədə əsəbiləşdirir, çünki hər üzünə fırlatsan
da sözü tapa bilmirsən.
Robinetlə aramızda da məhz bu baş verirdi, ancaq müəmmadan yaxa qurtara
bilmirdim, Davisito, çünki sənə tanış gələn, ancaq heç cür tapa bilmədiyin
krossvorddakı o söz kimi Robinetin həyatıma boş yerə girmədiyinə – pisliyəmi,
yaxşılığamı – şübhəm yox idi.
XV
Təbii ki, Fandonun toy qonaqlığından sonra nə baş verdiyini Auritaya
danışmamışdım. Ancaq bir neçə gün keçmiş ehtiyat eləməyə başladım, çünki çox
gərginiydim, Aurita da əsəb dağarcığına dönmüşdü, bir qığılcıma bəndiydi ki,
aramızda mərəkə qopsun. Ona görə çalışdım bunları başımdan çıxarıb sakitcə ev
işləriylə məşğul olam. Ancaq, Davisito, bəzi şeylər elə bil qəsdən düşünülüb ki, ən
dözümlü adamın da axırına çıxsın. Maraqlıdı, əgər əlüzyuyanın axarı hər səhər saçla
tutulursa, diş pastasının qapağı bağlanmamış olursa, arvadının gecə köynəyi sənin
kabinetində atılıb qalırsa təmkinli oğlan nə deməlidi? Mən, adətən, belə şeylərə
dinməzcə dözürəm, ancaq Fandonun qonaqlığından üç gün sonra əlüzyuyanın axarı
tutulmuşdu, vaxt isə daralmışdı, çünki yatıb qalmışdım, bizim kontorda da –
bilmirəm sənə demişəm, ya yox, – gecikməyə pis baxırlar, gərək qol çəkəsən,
geçikəni isə məktəbdə olduğu kimi məzəmmət eləyirlər. Axarı baş sancağıyla açdım,
dişimi yumaq istəyəndə, gördüm, tübik açıqdı, pastanın qurumuş qabığı təzəsini
çıxmağa qoymur. Sıxdım – heç nə yoxdu. Yenə sıxdım – tübik şişdi, ancaq pasta
çıxmadı. Mən tələsirdim, Davisito, onu var gücümlə sıxdım və birdən tübikdən ilan
kimi uzun ağ pasta sıçrayıb məzəli şəkildə əyilərək güzgüyə yapışdı. Hirsli-hirsli
yataq otağına keçib Auritanı oyatdım.
–Sən nə vaxtsa pastanın qapağını bağlayacaqsan? – dedim.
–Belə, demək buna görə məni oyatmısan, səfeh?