Page 201 - "Xəzər"
P. 201
ylər heç də öz-özünə yaranmayıb. Hamısı bizə irsən ötürülüb. Ona görə
düşünməyə başladım ki, Robinetə olan hisslərim mənə atamdan keçib, atamdan
mənə həm də iri ağız və sərt saçlar keçib. Mən fövqəltəbii nələrəsə inanan adam
deyiləm, Davisito, ancaq mənə elə gəlir ki, radiolokatorlara, televiziyaya
baxmayaraq, bəşəriyyət hələ qismən də olsa inkişaf eləməyib. Gülmə, Davisito.
Anam hesab eləyirdi ki, atamın qanı qarışıq olduğuna görə – babası Lenuar, nənəsi
dağlı qızı – belə coşqun xarakteri var. Anam özünü buna o qədər inandırmışdı, hətta
ara həkimindən soruşmaq qərarına gəlmişdi. “Belə hallarda bu cür kəskin
dəyişikliklərə rast gəlmişəm”, – ara həkimi deyib, ondan beş duro qopartmışdı.

Anam pulu böyük məmnuniyyətlə vermişdi, Davisito, ona çörək vermə,
imkan ver atamızın qəribəliklərinə haqq qazandıra bilsin.

Başqa tərəfdən, hipnozçular elə hoqqalar çıxarırlar ki, adamın saçı biz-biz
durur, bunun dəfələrlə şahidi olmuşam və başa düşmüşəm ki, lal dil kimi iki nəfəri
uzaq məsafədən birləşdirən gizli enerji var, burda sözə lüzum yoxdu. Mən onda
fikirləşdim, Davisito: “Təbiəti və bu əlaqələrin mümkünlüyünü dərk eləyəndə dünya
çönəcək”.

Sənə düzünü deyim: bütün bunlar haqqında özümə də etiraf etmək
istəmədiyim qorxuyla düşünürdüm və təbii ki, öz fikirlərimi, narahatçılığımı
Auritadan gizlədirdim. Ürəyimi kiməsə açmağı çox istəyəndə, bir axşam eyhamla
Sançesə dedim. Sançes üz-gözünü turşutdu: “Bax ha, Lenuar, ehtiyatlı ol, səndən də
ağlı başında olan adamlar dəlixanaya düşüblər”. Sançesdən bunu heç gözləməzdim,
öz incikliyimi ona dedim, həmişə məni başa düşəcəyinə inanırdım; ancaq dərhal da
fikirləşdim ki, Sançes mənə ürəyi yandığından belə deyib, çünki mənim bir ayağım
yox, iki ayağım da artıq dəlixanadaydı.

Bilmirəm, Davisito, o vaxtkı halımı sənə təsvir eləməyi bacaracağammı.
Yəqin, krossvordun üstündə çox baş sındırmısan və bir sözdən başqa artıq hamısını
tapmısan, onun da bir neçə hərfi yazılıb, söz sənə çox adi, tanış gəlir, axı niyə uzağa
gedəsən, gündə yüz dəfə həmin sözü deyirsən. Əldən-dildən düşürsən, onu o tərəf
bu tərəfə çevirirsən, müxtəlif hərfləri yerinə qoyub hündürdən deyirsən – bəlkə
axtardığın sözə oxşadı. Ancaq əbəs yerə. Söz tərsliyə düşüb, sanki səni cırnadıb,
   196   197   198   199   200   201   202   203   204   205   206