Page 13 - "Xəzər"
P. 13
zzətli göynərtini hiss etməyəcəkdi. Təmiz havada hələ də sonuncu zəng səsinin
titrəyişləri hiss olunurdu.
İstirahət günlərində on illərin boşluğu anbara qayıdır, Vudinin mənzilinin
qapısı altından içəriyə soxulurdu. Necə ki, həftənin ara günlərində kilsələr adamsız
qalır, bazar günlərində anbar da bomboş olurdu. Hər iş gününün əvvəlində, fəhlələri
işə aparan yük maşınları hələ yerindən tərpənməmiş, Vudi adidas kostyumda asta
qaçışla səkkiz kilometrə yaxın yol qət edirdi. Ancaq hələ də atasının xiffətini çəkən
Vudi bu gün qaçmaq istəmədi. Baxmayaraq ki, təmiz havaya çıxmaq, kədərini
qaçışla qovmaq keçirdi ürəyindən. Tənhalıq bu səhər onu yaman yerdə yaxalamışdı.
Mən və dünya, dünya və mən – bütün fikirləri özüylə dünyanın münasibətləri
ətrafında dolaşırdı. Bunu düşünərkən isə, yalnız bir şeyi nəzərdə tuturdu: bütün
varlığını sarmış bu tənhalıqdan qorunmaq üçün qalxan kimi istifadə edə biləcəyi
nələrsə olmalıdır, – məsələn, hansısa tapşırıq, qonaqlar, şəkil (Vudi həvəskar rəssam
idi), masaj salonuna getmək, nahar etmək… Ah, ata! Keçən çərşənbə axşamı Vudi
xəstə atasının yanında uzanmalı olmuşdu, çünki o, tez-tez iynəni venasından çəkib
çıxarır, tibb bacısı iynəni yenidən damara salırdı. Onda Vudi hamının təəccüblü
baxışları altında onun çarpayısına uzanıb, çırpınan qocanı bərk-bərk qucaqladı.
“Sakit ol, Morris, sakit ol”. Ancaq atası var gücüylə damcısalanın borucuğuna sarı
dartınırdı.
Zəng səsləri kəsildi, Vudi öz malikanəsi Zelbest üzləmə məmulatları
anbarının necə sükuta qərq olduğunun fərqinə belə varmadı. Çünki elə bu vaxt düz
önündə Nuh əyyamından qalma, Çikaqo qəssabxanalarındakı öküz rəngində, kərpic
qırmızısı bir tramvay peyda oldu. Tramvay bərkdən səs salaraq, uzaqlaşmağa
başladı. İri, yöndəmsiz, hörməli oturacaqları və ayaq üstə qalan sərnişinlər üçün mis
tutacaqları olan bu tramvaylar hələ Perl-Harbor hadisələrindən qabaq yollardan
yığışdırılmışdı. Onlar bərk ləngər vurur, hər yarım kilometrdən bir xarab olurdu.
Motoru qığılcımlananda karbol turşusunun qoxusu ozon iyinə qarışırdı, hava