Page 164 - "Xəzər"
P. 164
şman şeytanı qov, sürükdür!
Bizə rəhm eylə!

Amin!

Yazılı ədəbiyyatın da, adi danışığın da tərcüməsi hər şeydən öncə, təbii
ki, lüğətlərlə bağlıdır. Yabançı bir dili öyrənməyin yolu da birinci bu qapıdan – lüğət
qapısından keçir. Bu mənada türk dillərini öyrənmək üçün göstərilən səylər, aparılan
araşdırmalar, yazılan lüğətlər tarixin çox əski çağlarından başlayır. XI əsrdə ünlü
alim Mahmud Kaşğarinin yazdığı «Divanü-luğat-ət-Türk» əsəri monumentallığı və
ensiklopedik mahiyyətilə min ildi ki, öz möhtəşəm yerini və əhəmiyyətini qoruyub
saxlayır.

M.Kaşğari «Divan»ın yazılma səbəbini Məhəmməd peyğəmbərdən
gətirdiyi bir sitatla belə izah edir: «Türklərin hakimiyyəti uzun sürəcək, onların dilini
öyrənin!»

Doğrudan da, ilkin orta əsrlərdən tutmuş XX əsrin əvvəllərinə qədər
onlarca xalq və milləti öz iradəsi altında saxlayan Türk imperatorluqları zamanında
türk dili ayrı-ayrı etnik zümrələr arasında ortaq anlaşma dili olmuşdur. Bir siyasi və
hərbi güc kimi türklərin qarşısına çıxa bilməyən düşmənlər üçün də bu dili
öyrənmək, bu millətin içərisinə girərək təfriqə törətmək, parçalamaq, bir-birinə
qarşı qoymaq mənasında zərurət kəsb edirdi. Bu baxımdan tarixin ayrı-ayrı
dönəmlərində amalından, ideyasından asılı olmayaraq türk dilini öyrənmək və
öyrətmək məqsədi daşıyan lüğətlər yazılmışdır.

Yazılma məqsədi, məramı tarixin dürlü-dürlü olayları içində yoxa çıxan
belə kitablardan, əlyazmalardan bizə qalan bütün rəngləri və çalarlarıyla dilimizin
qarışıqsız, qatqısız, saf çağlarının canlı mənzərəsidi. Bəlkə bu da qoca tarixin bir
ironiyasıdı: hansı məkrli bir məqsəd üçünsə hazırlanan bir kitab yüz illərdən sonra
belə bir dəyər qazansın…

XIII əsrdə xristian missionerlərinə kuman-qıpçaq dilini öyrətmək məqsədilə
yazıldığı güman edilən «Kodeks kumanikus» əsəri də belələrindəndi. Bu gün az qala
   159   160   161   162   163   164   165   166   167   168   169