Page 165 - "Xəzər"
P. 165
on-Yenisey yazılı abidələri qədər əhəmiyyət kəsb edən, qədim qıpçaq türkcəsini
öyrənmək baxımından müstəsna önəm daşıyan bu kitab təkcə sözlük bölümüylə yox,
həm də içindəki folklor nümunələri – tapmacalarla bir ədəbi abidə mahiyyətindədir.
Hal-hazırda Vatikanda saxlanan «Kodeks kumanikus»un yeganə nüsxəsinin
1362-ci ildə İntibah dövrü italyan şairi Françesko Petrarka tərəfindən kilsə
kitabxanasına hədiyyə edildiyi güman olunur.
Bu qiymətli əsər haqqında ilk dəfə 1656-cı ildə Tomasini məlumat verib.
Aradan uzun müddət keçəndən sonra 1768-ci ildə C.C.Leybinis Venetsiya
kitabxanasında bu kitabı yenidən üzə çıxarıb.
«Kodeks kumanikus»u ilk dəfə tanınmış macar alimi Ceza Kuun bütöv
şəkildə nəşr edib, haqqında dəyərli məqalələr yazıb, araşdırmalar aparıb.
Bundan sonra tanınmış türkoloqların, demək olar, əksəriyyəti qıpçaq dilinin
bu dəyərli abidəsini tədqiq edib.
«Kodeks kumanikus» iki bölümdən ibarətdir. I bölümdə latınca, farsca,
kumanca (qıpçaqca) sözlük, qıpçaq dilinin qrammatik qaydaları, ictimai-iqtisadi
həyata dair sözlər yer alır.
II bölümdə xristianlığa dair qıpçaqca mətnlər və 47 tapmaca verilir. Bu
hissənin əvvəlində kumanca-latınca və kumanca-almanca sözlük var.
Əsərdə rast gəlinən aforizmlər, dualar, İncildən parçalar, qıpçaq dilində
cümlə quruluşu, ifadə özəlliyi, obrazlar baxımından başqa önəm qazanır:
Egər toz-topraq quyaştan minq-minq («nq»-sağır «nun» kimi oxunmalıdır
– Ə.O.) qurla yarıq bolsa edi, hanuz Tenqrininq yarıxlığına körə qaranğıdır.
“Əgər toz-torpaq günəşdən min-min dəfə işıqlı olsa idi, Tanrı işığıyla
müqayisədə yenə qaranlıq olardı”.
«Kodeks kumanus»da müxtəlif dillərə tərcüməsi verilən əski qıpçaq dili
Altaylardan tutmuş Avropaya, cənubda Misirə qədər böyük bir əraziyə yayılmış
qıpçaqların, ayrı-ayrı türk boy birliklərinin diliydi. XIII əsrdə Şimali Qara dəniz,
Krım, İtil (Volqa) çayının aşağı axarı boyunda, Qafqaz ətəklərində yaşayan