Page 166 - "Xəzər"
P. 166
rklərin, eləcə də Xəzər türklərinin – karaimlərin bu dildə danışması onlarla
iqtisadi-ticarət əlaqələrində olan qonşu xalqların qıpçaq dilini öyrənmə zərurətini
daha da artırdı. «Kodeks kumanikus»un belə bir missiyanı boynuna götürməsi
sözlük mətnindən açıq-aydın görünür.
1404-cü ildə Qafqaza gələn Avropalı missioner İohannes de Galonifontibus
Şimali Qafqaz və Qara dənizin şərqində yaşayan yunan, erməni, çərkəz, qot, tat, rus,
ləzgi, avar, qumuq, alan qəbilələrinin türk-tatar dilində danışdığını yazır. Belə bir
vəziyyət qıpçaq folklorunun da həmin xalqlara təsirsiz qalmadığını göstərir. Buna
görədir ki, lüğəti hazırlayanlar burda folklor nümunələrindən – xüsusilə
tapmacalardan örnəklər vermədən ötüşə bilməmişlər.
«Kodeks kumanikus»dakı tapmacalar türkoloqlar arasında uzun zaman
ayrıca müzakirə mövzusu olmuş, bu gün də eynən davam etməkdədir.
«Kodeks»dəki tapmacaların türkoloqlar tərəfindən fərqli yozulduğunu
nəzərə alan görkəmli alim Abdulqədir İnan yazırdı: «Prof. Nemet (tanınmış macar
türkoloqu – Ə.O.) qiymətli etüdünü «həqiqətdir ki, bunu – yəni «Kodeks
kumanikus»u yazan rahib kuman dilini bizim hamımızdan daha yaxşı bilirdi»
cümləsiylə bitirmişdir. Malov da Nemetin bu cümləsini eynən təkrarlamışdır.
«Kodeks kumanikus» tapmacaları üzərində çalışacaq hər türkoloq bu sözlərin daima
haqlı olacağı qənaətinə gələcəkdir. Çünki bu tapmacalar göstərir ki, «Kodeks
kumanikus» müəllifi kumanların aşağı təbəqəsinə qədər enməyi bacarmış, yalnız
tapmacalarda işlənən və dar bir mühitə məxsus sözləri belə anlamağa və təsbit
etməyə müvəffəq olmuşdur».
Qəribədir ki, kitabın əvvəlinci səhifələrindən birində tutuquşu şəkli var.
Kitabı tərtib edən bununla nəyi nəzərdə tutub, görəsən? Hər halda tutuquşu kimi
sözləri tez-tez təkrarlamaq, qıpçaqcanı bu yolla öyrənmək – ilk ağla gələn budur.
Əhməd Oğuz