Page 11 - "Xəzər"
P. 11
qlidini çıxarırdı. O, qüvvətli ayaqlarını işə salıb arabanı çəkərkən, iri cüssəli,
qırmızıyanaq sərxoş fermerler (Vudinin sərnişinləri) hırıldayır, qadınlarla tanış
olmaq üçün ona ağız açırdılar. Seminariyaya yenicə qəbul olunmasına baxmayaraq,
Vudi ara düzəltməyi və buna görə pul almağı qəbahətli iş saymırdı. Axı qızlar da, öz
növbəsində, ondan müştəri gətirməsini istəyirdi. Beləcə, bütün tərəflər razı qalırdı.
O, Qrant-parkda südəmər uşağını əmizdirmək üçün hey evə tələsən yekəpər bir
arvadla mazaqlaşırdı. Onlar tramvayla Vest-Sayda yola düşürdülər. Südü köynəyinə
çıxan və ətrafa süd qoxusu yayan arvad yolboyu onun əzələli yanbızlarını
çimdikləməkdən doymurdu. Tramvay Ruzvelt-rouddan keçib gedirdi. Sonra Vudi
onun mənzilinə gəlirdi, arvad burada öz anasıyla yaşayırdı, ərinin olduğu yadına
gəlmir. Yalnız bir şeyi yaxşı xatırlayır – süd qoxusunu. Ertəsi gün bu məsələlərdə
heç bir ziddiyyət görməyən Vudi Əhdi-Cədidlə yunan dilini öyrənirdi: “Zülmətdə
işıq ucu - to fos en te skotia fainei, – və zülmət bu işığı boğa bilmir”4
Sərgidə araba sürən Vudiyə bir fikir heç rahatlıq vermirdi, özü də bu, şəhərdə
əyyaşlıq edən dəliqanlılarla qətiyyən bağlı deyildi. Fikir isə aşağıdakı kimiydi:
əslində, Tanrının məramına və niyyətinə görə, nəhayət, dünya düzəlməli (özü də
bilmirdi niyə belə fikirləşir, axı hər şey bunun əksini deyirdi), o, sevgi dünyasına
çevrilməli, yalnız segiylə yaşamalı idi. Ancaq Vudi bu fikirlərini heç kəslə
bölüşmürdü: yaxşı başa düşürdü ki, çoxları üçün bu, mənasız söz yığınından başqa
bir şey deyil. Ancaq Rebekka xalanın tez-tez qulağına pıçıldadığı: “Ay cüvəllağı, elə
bil, atanın burnundan düşmüsən”, – sözləri də doğruydu. Buna dəlil-sübut da
tapılırdı. Hər halda, tələm-tələsik qərarlar verən Rebekka xalanın dəlil kimi gördüyü
şeylər vardı: Vudi çox tez böyüyürdü. Başqa yolu da yox idi. Vudi hərdən öz-özünə
sual edirdi: axı on yeddi yaşlı oğlan döşü kəsilib alınmış ahıl qadının düşüncə tərzini,
fikirlərini necə başa düşə bilər? Morris ona izah etmişdi ki, bu, adətən, kişi
nəvazişinin həsrətini çəkən qadınların başına gəlir, guya kişisizliyin ilk əlaməti
budur. Morris demişdi ki, qadının döşünü sığallayıb-öpməyəndə, ürək acıları
xərçəngə gətirib çıxarır. Bədən fəryad edir, üsyana qalxır. Onun sözləri Vudiyə
inandırıcı gəlmişdi. İndi o, həmin nəzəriyyəni müqqəddəs ata Kovnerə şamil edir və
4 İoannın incili 1:5.