Page 10 - "Xəzər"
P. 10
əmirmiş – bir sözlə, qanun onluq deyilmiş. At yarışları, qumar, bilyard oyunu,
qadınlar... bunlardan başı açılmırmış. Bəs o, daim məşğul olmasına baxmayaraq,
haçansa kimisə sevmişdimi? Hə, Qalinanı sevirdi. Oğluna bağlıydı. Anası indinin
özündə də əmin idi ki, əri onu sevir, haçansa onun yanına qayıdacaq. Odur ki, özünü
az qala kraliça kimi aparırdı. Toppuş əlləri, kraliça Viktoriyanın sifətini xatırladan
solğun üzü də bu məsələdə işinə yarayırdı. “Qızlara tapşırılıb, onu evə
buraxmasınlar”, - deyirdi. Hm, elə bil, Hindistanın hökmdarıdır.

Vudinin zəng səslərindən tıncıxan ruhu bu bazar günündə evin içində-
çölündə vurnuxur, keçmişə baş vurur və yenidən anbarın mənzil olan hissəsinə
qayıdırdı; zəng səsləri gah yaxınlaşır, gah uzaqlaşırdı. Pərdə-pərdə yayılan uğultulu
mis səsi Cənub Çikaqonun poladəritmə, neft emalı, maşınqayırma zavodlarının
yerləşdiyi ərazilərə qədər gedib çatırdı. Buralarda məskunlaşmış xorvatlar,
ukraynalılar, yunanlar və zəncilər kilsələrə doğru axışırdı – kimi messanı dinləməyə
gedirdi, kimi də Zəbur oxumağa.

Vudinin özü də gözəl Zəbur oxuyan idi. Zəburun sözləri indi də yadındaydı.
Bundan başqa, o canlı şahid kimi də çıxış edirdi. Rebekka xala onu tez-tez kilsəyə
göndərirdi ki, buraya toplaşmış isveçlilər və körfəzin digər sakinləri qarşısında
şahidlik eləsin – yəhudi oğlanın İsa Məsihə tapınmasının tarixçəsini onlara danışsın.
Rebekka xala hər çıxışına görə ona əlli sent verirdi. Bunun üçün xüsusi vəsait
ayırmışdı. Rebekka Kovner missiyanın həm hesabdarı, həm də maliyyəçisiydi, işləri
də o idarə eləyirdi. Bu sövdələşmədən keşişin xəbəri yox idi. Doktor çox inanclı
adam idi, onun missiyaya xeyri də bundaydı. O, heç vaxt özünü gözə soxmur,
riyakarlıq etmir. Özü də gözəl moizəçiydi. Bəs, Vudiylə bağlı nə demək olar? Vudi
də şövqlə inananlardan idi. Mehrini doktora salmışdı. Doktor ona adi maraqların
fövqündə dayanmağı öyrətmişdi, mənəvi həyatın nə olduğunu anlatmışdı. Vudi
mənəvi qidadan savayı Çikaqonu, onun hiylələrini və fırıldaqlarını da canına
hopdururdu. Bu şəhərdə fırıldaqlar o qədər adiləşmişdi ki, artıq insanların eyninə
deyildi.

Otuz üçüncü ildə (İlahi, gör üstündən nə qədər vaxt keçib!) Beynəlxalq
“Tərəqqi əsri” sərgisində başına konusvari həsir şlyapa qoymuş Vudi rikşanın
   5   6   7   8   9   10   11   12   13   14   15