Page 136 - "Xəzər"
P. 136
Çağdaş Ukrayna poeziyası müasir dünya poeziyası kontekstindә hәyatın dramatizmindәn
doğan mәnәvi vә fәlsәfi çalarların, hәmçinin dәrin poetik yaşantıların zәnginliyi ilә fәrqlәnir.
Bu poeziyada diqqәtçәkәn başlıca mәqamlardan biri zamanın axarı ilә bәdii sözün, әdәbi
mәtnin bir-birini tamamlamasıdır.

Tәqdim edilәn poetik örnәklәr sivil dünyanın mәnәvi vә fәlsәfi dәyәrlәrini lakonik
şәkildә vә bәdii ustalıqla oxucuya çatdırmaqda sanki informasiya ötürücüsü tәsiri bağışlayır
vә bu baxımdan, cәmiyyәtin real hәqiqәtlәrinә tutulan vә onları tam dolğunluğu ilә göstәrәn
güzgü kimidir.

136

2017

Çağdaş Ukrayna poeziyası. Nadejda Kirian NADEJDA KİRİAN

1946-cı ildә Rusiyanın İvanovo
şәhәrindә doğulub. “Doğma” (1987),
“Leylәklәr” (1991), “Ukrayna әlifbası”
(1996), “Axşam qadını, sәhәr qadını”
(2006), “Atanın hәdiyyәsi” (2007),
“Xatirәlәr bayramı” (2013) adlı şeir
kitablarının müәllifidir. Sovet dövründә
siyasi baxışlarına görә tәqiblәrә mәruz
qalıb. Yelena Pçelka adına әdәbi mükafatın
laureatıdır. “Ukraynanın memarı”
medalına layiq görülüb. Kiyev vilayәtinin
Qoreniçi kәndindә yaşayır.
   131   132   133   134   135   136   137   138   139   140   141