Page 135 - "Xəzər"
P. 135
ı üzünə tökülmüş bir oğlan əlində iskə- 135
nə möhkəm çalışır. 2017

– Bu, mənim dostumdur, – mister Ma-
kintoş üzünü Tommiyə tutub dedi.

Oğlan artıq ayağa qalxmışdı, ondan
nə istədiklərini bilmədiyindən narahat idi.

– Mister Tomlinson sənin əl işlərinə
baxsa, etiraz etməzsən ki?

Başqa çarə olmadığını başa düşən
Tommi adəti üzrə çiynini çəkdi. Sonra
rəssamdan daha çox müəllimə, profes-
sora oxşayan mister Tomlinsona heyran-
lıqla, həyəcanla baxdı.

– Hə, necədir? – Artıq yarım dəqiqə-
dən sonra mister Makintoşun hövsələsi
çatmadı.

Tomlinson gülümsədi, elə bil öz tə-
bəssümüylə: “Belə səbirsiz olmayın,” –
deyirdi. O, dörd bir tərəfi yonulmuş qalın
kötüyün başına hərlənib, Dirkin heykəlini
seyr etdi. Nəhayət, Tommidən soruşdu:

– Sən bu fiqurları niyə düzəldirsən?
Oğlan özünü itirib, yenə çiynini çəkdi,
sanki: “Bu nə sarsaq sualdır?” – deyirdi...

Doris Lessinq. Qarışqa yuvası
   130   131   132   133   134   135   136   137   138   139   140