Page 151 - "Xəzər" 2017
P. 151
151 Debüt. İvan Klima

2017

İVAN KLİMA

1931-ci ildə Praqada anadan olub. İkinci Dünya müha-
ribəsinə təsadüf edənuşaqlıq dövrünün üç il yarımı Terezin-
dəki faşist həbs düşərgəsində keçib. Müharibədən sonra
Karlova Universitetinin İncəsənət fakültəsini bitirib. 1968-ci
ildə rus qoşunlarının Çexoslovakiyaya yeridilməsi ilə əlaqə-
dar, «Praqa baharı»nın aktiv iştirakçısı kimi basqılara mə-
ruz qalıb və mühacirət edib. 1989-cu ildə baş vermiş«Məx-
məri inqilab»aqədər çapına maneələr törədilən əsərləri vətə-
nində əlyazma şəklində yayılıb. Daha çox ölkəsindən kənar-
larda tanınıb. Çex ədəbiyyatında psixoloji nəsrin nümayən-
dələrindən sayılır.

«Gözəl gün», «Üç sərhəd arasında», «Sükut saatı»,
«Birgecəlik məşuqlar» kimi kitabların müəllifidir. Әsərləri
dünyanın bir çox dillərinə tərcümə olunub.

2002-ci ildə Frans Kafka mükafatına layiq görülüb.
   146   147   148   149   150   151   152   153   154   155   156