Page 613 - antologiya - poeziya_175x250_Layout 1
P. 613
Ìèðçÿ Ôÿòÿëè Àõóíäçàäÿ
Qәzvindә sakin olduğu üçün әcamir vә övbaşdan özünә mürid cәm edib,
hәmişә ülәmayi-giramın vә xüddami-şәriәti-qәrranın zәrbinә vә zәmminә
zәbangüşadır. Bu mәlun hәmişә öz müridlәrinә sәrahәtәn zikr edir ki, guya
ülәmayi-giram әvamә firib verirlәr. Mәsәlәn, onun әqidәsilә, guya ictihad
lazım deyil vә xüms vә imam malı vermәk xilafdır vә guya ülәma fövt olan
müctәhidin rәyindә qalmağı o cәhәtdәn әvamә caiz görmürlәr ki, özlәrinin
bazarı rәvac olsun. Vә bundan әlavә, dövlәti-әliyyәyә dәxi bәhslәr varid
edir, deyir ki, kәtxudadan tutmuş padşahadәk küll әrbabi-mәnasib әhli-
zәlәmә vә qüttaüttәriqdirlәr, mülk vә millәtә hәrgiz bulardan bir mәnfәәt
aid deyil, hәmişә öz hәvai-nәfslәri ilә biçarә xalqı cәrimә vә müaxizә vә
müaqәb edirlәr, öz rәftarlarında heç bir qanun vә qaydaya mütәmәssik
deyillәr, bu gunә rәftar ancaq әhli-zülmün vә qüttaüttәriqlәrin әmәlidir. Vә
dәxi zikr edirlәr ki, mәzhәbi-tәnasüxә qaildir. Bu daiyi-dәvamı-dövlәti-
Qahirә belә sәlah görürәm ki, qibleyi-alәm sәltәnәti vә tәxtü-tacı bu mәluna 37
tәslim etsin ki, kәvakibin tәsirindәn öz cәzasına yetişib dәrәki-әsfәlә vasil
olsun.
Әfradi-mәclis küllәn bu rәyi tәsdiq edib qaim sövt ilә dedilәr ki:
– Yusif Sәrrac pedәrsüxtә bilkülliyyә qәtlә sәvar vә bәlayi-asimaniyә
müstәhәqdir. Şah xoşhal olub buyurdu ki:
– Razıyam onun hәlakına! Sabah bu tәdbir tamam vә kamal mücra
olunacaqdır.
Әfradi-mәclisi mürәxxәs etdi. Mәclis dağıldı.
Olur ki, xanәndәlәr bu güzarişin vüquunda şübhә edib onu kizbә hәml
edәlәr; bu surәtdә mәn olardan tәvәqqә edirәm ki, “Tarixi-Alәm-Ara”da
Şah Abbasın cülusunun yeddinci ilindә sadir olan vәqayiә mülahizә etsinlәr.
İndi bizә lazımdır ki, Yusif Sәrracı tanıdaq ki, kimdir?
Şәxsi-mәzkur Qәzvinin qәryәlәrindәn Kәrbәlayı Sәlim adlı bir
dehqanın oğlu idi. Çünki Kәrbәlayı Sәlim bir mömin vә müttәqi adam idi,
istәdi ki, oğlu molla olub ülәma silkinә daxil olsun. Ona binaәn onu uşaq
ikәn gәtirib şәhri-Qәzvindә mәktәbә qoydu. Bir neçә ildәn sonra Yusif
Sәrrac ki hәddi-büluğa yetişib, asari-rüşd özündә mülahizә elәdi, tәhsili-
elm üçün İsfahana getdi. Oradan dәxi bir neçә ildәn sonra Kәrbәlaya rәvanә
olub, böyük alimlәrin mәclisindә tәkmili-ülumә şüru etdi. Müddәti-mәdid
orada mәks edib tamam ülumi-islamiyyәyә vaqif oldu. Çünki ülәmanın
әksәri-ümurda tәqәllübünü müşahidә edirdi, ona binaәt bu sinfә nifrәt
bәhәm edib, istәmәdi ki, özünü oların zümrәsinә daxil etsin.
Kәrbәladan qayıdıb varid oldu Hәmәdana; orda usta Xәlilin yanında
qırx yaşında ikәn sәrraclıq sәnәtini bir il müddәtindә öyrәnib Qәzvinә