Page 610 - antologiya - poeziya_175x250_Layout 1
P. 610
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
dәxi sünni mәzhәb idi. Әvvәlәn, mәvaizi-hәsәnә vә saniyәn, tәxvifati-kәsirә
sәbәbilә tamam sünni mәzhәblәri rahi-rasti-mәzhәbi-isna әşәriyyәyә hidayәt
etmişәm. İndi Allahın kәrәmindәn sәfheyi-İranda beş-altı nәfәrdәn ziyadә
sünni tapılmaz. Bu xüsusda İran xalqından dәxi kәmali-rizamәndliyim var
ki, bәmücәrrәdi-tәklif qәdimi ata vә babalarının mәzhәblәrindәn әl çәkib
hidayәtә rağib oldular. Hәtta mәn istәdim ki, cühudlara vә ermәnilәrә dәxi
әl qatıb oları da şiә mәzhәbinә döndәrim, amma bir para xeyrәndiş kim sә -
nәlәr mәslәhәt gör mәdilәr ki, lüzumu yoxdur. Çünki hәr torpaqda cühuddan
vә ermәnidәn bir az var, bizim torpağımızda dәxi bir az olmaqları mәslә -
hәtdir. Әlavә, müşәxxәsdir ki, әimmeyi-әtharın әhadisi-sәrihәsi mucibincә
islam mülkündә tәxtә vә taca malik olan kimsәnә zati-şәrif vә vacibüttaәt
mәhsub olunmaz. Zira ki, bu dәrәceyi-aliyә imama vә ya onun naibi müc -
tәhidi-әlәmә mütәәllәqdir. Ona binaәn mәn cәmi xütәbaya hökm yazdım
ki, tamam vilayәtlәrin mәnabirindә xalqa elam etsinlәr ki, haman әhadisin
34 sil si leyi-Sәfәviyәyә şümulu yoxdur. Zira ki, xanәdani-nübüvvәtdәn vә du -
d imani-imamәtdәn zühur ediblәr vә vazehdir ki, әimmә haman әhadisi
qey rilәrinin haqqında buyurmuşlar, nә öz övladlarının.
Bu övqat ki, qibleyi-alәmin vücudu tәsiri-kәvakibdәn mәhәlli-xәtәr -
dә dir, mәnim ürәyim qüssәdәn, tabadakı balıq kimi büryan olur vә qasir
әqlimә belә yetişir ki, o mәlun münәccimbaşının özü bu işin çarәsini bizdәn
artıq bilir. O, qibleyi-alәmә xәyanәt edibdir ki, kәvakibin tәsirini bildirib,
dә fi nin әlacını izhar etmәyibdir, әlbәttә, bir xәbis fikrә görә necә ola bilәr
ki, zәhri göstәrә, padzәhri göstәrmәkdәn özünü kәnar çәkә?
Peyğәmbәr sәlәvatüllahi-әleyh buyurubdur ki: “Küllü münәccimin
1
kәzzab!” Bu hәdsi mәn onların nә әhvalına isnad edirәm, nә elmlәrinә.
Çünki o mәlunların әxbarı әksәr evqat nәticә bağışlayır, amma özlәri yalançı
vә bәdzatdırlar! Qibleyi-alәm onun özünü çağırsın, bu hadisәnin dәfi üçün
onun özündәn әlac istәsin. Әgәr üzr gәtirsә, boynunu vurdursun.
Molla ba şının münәccimbaşı ilә әdavәti-sabiqәsi var idi. Bu keyfiyyәt
onun üçün çox yaxşı vәsilә göründü ki, onun vә sair münәccimlәrin guri-
pe dә rini yan dırsın.
Әlhәq, münәccimbaşı dәxi, görünür ki, çox әhmәq imiş. Nә lazım ol -
muşdu ki, belә vәhşәtli xәbәri şaha verib bu qalmaqala sәbәb ola vә özün
dәxi hәlakәtә sala?..
Münәccimbaşıya әvaxirdә bu bәhsi varid edirdilәr, cavab verirdi ki:
– Mәn qorxdum ki, әgәr bu xәbәri şaha әqdәm yetirmәsәm, özgә mü -
nәc cimlәr onu yetirәrlәr; mәn şahın nәzәrindә xәri-nadan qәlәminә ge dә rәm,
mәnsәbdәn mәzul ollam.
Münnәcimlәrin hamısı yalançıdır.