Page 24 - "Xəzər"
P. 24
kan әdәbiyyatı. Milorad Paviç24

2015

MİLORAD PAVİÇ

Görkәmli serb yazıçısı Milorad Paviç (1929-2009) çağdaş dünya
әdәbiyyatının unikal simalarından, bir romanla adını korifeylәr sırasına
yazdırmış nadir sәnәtkarlardandır.

Yaradıcılığa 1967-ci ildә çapdan çıxmış poetik toplu ilә, sıradan
bir şair kimi başlayan Paviçin 1984-cü ildә yazdığı “Xәzәr sözlüyü”
romanı bütün dünyada әdәbi hadisә kimi dәyәrlәndirildi, Avropa, ABŞ
vә Braziliyadan olan ekspertlәr tәrәfindәn müәllifin Nobel mükafatına
namizәdliyi irәli sürüldü, mütәxәssislәr 100 000 sözdәn ibarәt bu
kitabı çağdaş dünyanın öz vaxtını qabaqlamış әn yaxşı romanı elan
etdilәr.

Cәnubi Amerikada “Müasir dövrün әn mühüm yazıçısı» tituluna
layiq görülәn, fransız vә ispan әdәbiyyat araşdırmaçılarının “XXI
әsrin ilk kitabının müәllifi”, Avstriya tәdqiqatçılarının isә “Avropa
modernizminin qәrargah rәisi” adlandırdıqları Paviçin çoxşaxәli
yaradıcılığının daha dәrin qatları “Konstantinopolda sonuncu mәhәbbәt”
(1994), “Balıq dәrisindәn şlyapa” (1996), “Şüşә ilbiz” (1998)
romanlarında daha aydın açılır.

Yazıçının 1991-ci ildә qәlәmә aldığı “Külәyin astar üzü” romanını
oxuculara tәqdim edirik.
   19   20   21   22   23   24   25   26   27   28   29