Page 196 - "Xəzər"
P. 196
ıçı emalatxanası. Vladimir Nabokov196

2015

VLADİMİR NABOKOV

Yazıçılığın sıradan bir peşә yox, hәm dә fövqәladә
tәsir mәnbәyi olduğu mәlumdur. Hәyatın mürәkkәb
cizgilәrini çözmәk, müxtәlif zövqlü oxucu auditoriyasına
nüfuz etmәk baxımından yaradılan hәr bir gerçәk әdәbi
әsәrin önәmi böyükdür. “Yazıçılıq sәnәti әgәr bәri başdan
dünyanı tәxәyyülün anbarı kimi görmürsә, o tamam
faydasız bir işdir”, – görkәmli rus yazıçısı V.Nabokov
bunu heç dә tәsadüfәn söylәmir. O, hәmçinin deyir:
“Yazıçı dünyanın xәritәsini tәrtib edәn vә buradakı tәbii
nәsnәlәrә ad verәn ilk insandır.” Bütün bunlarla yanaşı,
“yazıçı әn böyük sehrbazdır” fikri dә Nabokova
mәxsusdur. Tәqdim etdiyimiz bu essedә yazıçı-oxucu
münasibәtlәrinә işıq salan әdib, әdәbiyyatda hansı
pyedestal üzәrindә vә necә әzәmәtlә dayandığını da
nümayiş etdirir. Bәlkә heç özü dә bilmәdәn...
   191   192   193   194   195   196   197   198   199   200   201