Page 166 - 2017-4
P. 166
anna axMaTOVa Tərcümə: Mahir n.qarayev

***
Niyə murdarlayıb içdiyim suyu,
Yediyim çörəyə ağu qatdınız?
Niyə olan-qalan azadlığımın
Ağzını yumdurub daş tıxatdınız?
Əzabla can verən dostun-sirdaşın
Acı qismətinə gülmədim deyə?
Bu dərdli vətənə dönük çıxmadım,
Dar gündə atmadım, getmədim deyə?

Neynək,
bu dünyada şair olan kəs
Cəlladsız, edamsız keçinə bilməz.
Alın yazımızdır – əlimizdə şam
166 Zarımaq, ulamaq hər səhər-axşam.

2017 1935

anna axmatova. Şeirlər *** Həsrət ağrıları getmiş sinəmdən
Mən qəddi bükülən, Ağappaq, bəmbəyaz qışla bərabər.
əlləri əsən, Mənim sevgilimdən, görən, sən nədən,
Solğun sifətini qırışlar kəsən Sən nədən yaxşısan, axı bu qədər?!
Acıdil, tündməzac qarıyam artıq.
1916
Öz zərgər işindən razı cəlladım
Süzür dərimdəki qamçı yerini,
Şallaq izlərini məmnun baxışla...
Bağışla, İlahi, özün bağışla!

*** ***
Ürək ki ürəyin əsiri deyil – Ayrıla bilmirik, bilmirik artıq,
Buyur get, indi ki fikrin başqadır. Ölçürük yolları çiyin-çiyinə.
Kim ki bir kimsədən asılı deyil, Astaca-astaca çökür qaranlıq,
Xoşbəxtlik onunçün hər qarışdadır. Fikirli-fikirli durmuşuq yenə.
Ağlayıb bəxtimi qarğamıram da,
Yoxdur qismətimdə səadət mənim. Kilsəyə girərik –
Ölüm oxşayar da, sığallayar da – xaç mərasimi, ya ölü duası...
Sən öpmə, oxşama yorğun çöhrəmi. Çıxıb kilsədən
kimsəyə baxmadan dönüb gedərik...
Nədən özgə cürük axı, biz nədən?
   161   162   163   164   165   166   167   168   169   170   171