Page 82 - "Xəzər"
P. 82
Steynbek. MəktubSəfirlikdən bir cavan oğlan bizə tərcüməçilik
edir və əla da çevirir. Bazar ertəsi Kiyevə
gedəcəyik, sonra isə Tiflisə (yəni Gürcüs-
tana) və o da xanımıyla birgə bizimlə
gedəcək.
(...) Beləliklə, dünən qəribə bir gün
oldu. Əvvəlcə, biz “Qış”ı çap etmiş nəşriy-
yatda olduq. Mənə dedilər ki, tiraj 300 000
nüsxə imiş və kitab çox sürətlə satılıb
qurtarıb. Uzun danışıqlardan sonra mənə
1000 rubl verdilər. Sonra davam edən
qəribə, ikibaşlı söhbəti biz qəlbimizdə
saxlayacağıq, belə ki, bu danışıqlar heç
orada da bizə mənfəət gətirməyəcək. Mən
pulu Eleynə verdim, onun yeni adı məşhur
rus cibgirinin şərəfinə Qızıl Əl Sonkadı.
82 Araşdırıb öyrəndiyimə görə, burada xarici
yazıçılara pulu kitablarının satışından asılı
2016 olmayaraq ödəyirlər. Görünür, kitablar çox
tez satılsa da, onları təkrar nəşr etmirlər.
Beləliklə, burada yarım milyon tirajla çıxmış
kitab iyirmi dörd saat ərzində nadir kollek-
siyaya çevrilə bilər. Saat 2-də Erenburqun
mənzilində nahar etdik. Çox gözəl nahar
süfrəsiydi və əla söhbətimiz oldu. Şübhə
yoxdu ki, hər yerdə “mülayimləşmə” hökm
sürür, insanlar, xüsusilə də ziyalılar istənilən
mövzuda tamamilə sərbəst danışırlar,
amma, əlbəttə, əhatəsində olduqları aləmi
yaxşı bilmədikləri üçün dəyər verməkdə
məhdudiyyətləri var.
İndi səfərlərimizi ixtisar etməyə çalışırıq,
sabahkı günə heç nə planlaşdırmırıq.
Ötən gün, axşam saat 10-da başa çatan
baletdən sonra, biz “Nyusuik”dən olan
Makqreydinin yanına getdik, orada ame-
rikalı və rus jurnalistlərlə görüşüb gözəl
vaxt keçirdik.
Məktubumu burada bitirirəm, onu ilk
poçtlaca yola salacam. Hamınıza sevgi-
lərimi çatdırıram.
Con