Page 156 - "Xəzər"
P. 156
İLO XOSE SELA
Çevirdi: Mahir N. Qarayev
İspaniya Kral Akademiyasının üzvü (1957), ədəbi yaradıcılığı 1989-cu ildə
Nobel mükafatına layiq görülmüş ispan yazıçısı Kamilo Xose Sela (1916-2002) XX
əsr dünya ədəbiyyatında xüsusi çəkiyə malik “Arı yuvası” və “Paskual Duartenin
ailəsi” romanlarının müəllifi kimi məşhurdur. Görkəmli sənətkarın bu iki əsəri ispan
ədəbiyyatını yeniləyən romanlar sayılır.
Senzura yazıçının ilk romanına qadağa qoyduğundan “Paskual Duartenin
ailəsi” kiçik tirajla Argentinada çap olunmuşdu. Lakin roman çox qısa müddətdə
böyük populyarlıq qazandı. Müharibədən sonrakı nəsil bu kitabı “həyat dərsliyi”
kimi mütaliə edirdi. Tək bircə faktı qeyd etmək yetər ki, artıq ispan ədəbiyyatının
klassik əsərləri sırasına daxil edilmiş “Paskual Duartenin ailəsi” ayrı-ayrı ölkələrdə
yüz otuz dəfə (öz ölkəsində səksən dəfədən artıq!) nəşr edilməklə bu günə qədər
İspaniyada əcnəbi dillərə tərcümə olunmuş kitabların siyahısında birincidir.
Ümid edirik ki, yaxın vaxtlarda Kamilo Xose Selanın dünya şöhrətli romanları
doğma dilimizə də çevriləcək. Hələliksə, yazıçının bir hekayəsini “Xəzər”in
oxucularına təqdim edirik.
BLANŞAR KÜÇƏSİNDƏ SİRLİ QƏTL
(hekayə)
Taxta qıçından canlı şam ağacıtək sarımtıl və bulanıq qatran süzülən Joaken Bonom içəri keçib,
arxasınca qapını çəkdi.
– Bir şey tapdın?
– Yox.
Şüşə gözündən qabaqlar olduğu kimi sarımtıl və bulanıq maye süzülən arvadı Mençu Agirresabala
əməlli-başlı hirsləndi; arvadın gözünü doğmaca qardaşı Fermin hələ Bordoda ispanka epidemiyasının
tüğyan elədiyi günlərdə vurub çıxartmışdı
156