Page 154 - "Xəzər"
P. 154
parça çörəkçün gözündə kədər Mahir N.Qarayevin tərcüməsi
Yazıq əl açırdı ona, gah buna. 154
Bir də gördüm, yoldan keçən bir nəfər
Yastı bir daş qoydu onun ovcuna.

Səndən sevgi umdum beləcə mən də,
Ağladım, yalvardım, “açdım ovcumu”.
“Daşla” əvəzlədin “çörəyi” sən də,
Ömürlük məhv etdin ən saf duyğumu.

VƏSİYYƏT

Gəl əyləşək, qardaşım,
Gəl dərdləşək bir qədər:
Mən ömrümü yaşadım,
Lap az qalıb deyirlər!
Evə gedirsən, ancaq
Nə deyim... bir sözüm yox;
Mənə canı yanacaq
Orda bircə kəsim yox.

İşdir, əgər bir adam
Gəlsə, soruşsa məni...
De ki, yaralanmışam,
Güllə dəlib sinəmi;
Qurban getmişəm çara,
   149   150   151   152   153   154   155   156   157   158   159