Page 150 - "Xəzər"
P. 150
da ağlayanlar güləcək harda?!
Şairlər ölürlər yaz yağışından,
Arvad qarğışından, qız baxışından.
Dünyanın tələsik yır-yığışından
Günahlı, günahsız şairlər köçür.
Onsuz da öləcəklər, geci-tezi var,
Güllələyin şairləri, cənab
Martınovlar!
Qəbiristanlıqlar ölüyə həsrət!
Dəlixanalar dəliyə həsrət!
Ancaq tövbə gecəsi
yaralı Puşkinin ayaqlarından öpməyə
yüyürsün Dantes,
ona çatar-çatmaz
qəfil yox olan,
şairin yerindən qalxan
bir məbəd qapısında
səhərəcən böyürsün Dantes;
Sonra yol verməsinlər mələklər,
yol verməsinlər cənab Martınova
yıxılan Lermontovu qucaqlamağa.
150
Şairlər ölürlər yaz yağışından,
Arvad qarğışından, qız baxışından.
Dünyanın tələsik yır-yığışından
Günahlı, günahsız şairlər köçür.
Onsuz da öləcəklər, geci-tezi var,
Güllələyin şairləri, cənab
Martınovlar!
Qəbiristanlıqlar ölüyə həsrət!
Dəlixanalar dəliyə həsrət!
Ancaq tövbə gecəsi
yaralı Puşkinin ayaqlarından öpməyə
yüyürsün Dantes,
ona çatar-çatmaz
qəfil yox olan,
şairin yerindən qalxan
bir məbəd qapısında
səhərəcən böyürsün Dantes;
Sonra yol verməsinlər mələklər,
yol verməsinlər cənab Martınova
yıxılan Lermontovu qucaqlamağa.
150