Page 142 - "Xəzər"
P. 142
***
2016 Əziz Tanrı!
Oğlan öldü.
Erik-Emmanuel Şmitt. Oskar və Çəhrayı xanım Mən həmişə Çəhrayı Xanım olaraq qala-
cağam, artıq heç vaxt Roza Nənə olmaya-
cağam. Mən yalnız Oskar üçün Roza Nənə
idim.
O, bu gün səhər keçindi. Onun ata-anasıyla
qəhvə içməyə çıxmışdıq. Canını tapşıranda
yanında deyildik. Məncə, bizim çıxmağımızı
gözləyirdi, bizə yazığı gəlirdi. Sanki bu amansız
ölüm səhnəsini görməyimizi istəmirdi. Əslində,
biz onun yox, o bizim qeydimizə qalırdı.
İçim sızıldayır, elə bil ürəyimdən daş asılıb,
görəsən, Oskar orada necə yaşayır? Gərək
axşama kimi özümü saxlayam, ağlamayam.
Çünki mənim dərdimi onun ata-anasının
dözülməz ağrıları ilə müqayisə eləmək olmaz.
Oskarı rastıma çıxardığın üçün çox sağ
ol. Ondan ötrü məzəli əhvalatlar uydurur,
zarafat eləməyə çalışırdım. Onun sayəsində
gülüşün, sevincin nə olduğunu öyrəndim.
Onun sayəsində Sənə iman gətirdim. Ürəyim
sevgiylə, şəfqətlə doludur. Oskar mənə elə
şeylər bəxş etdi ki, ömürboyu bəsimdir.
Hələlik,
Roza Nənə
P.S. Son günlər Oskar tumbanın üstündə
bir vərəq saxlayırdı. Məncə, sənə aiddir.
Vərəqdə yazılıb: “Məni oyatmağa yalnız
Tanrının ixtiyarı var”.