Page 146 - "Xəzər"
P. 146
ahi keçid. Şəms Təbrizi ŞƏMS TƏBRİZİ
146
2016
Əsl adı – Şəmsəddin Məhəmməd ibn Məlikdaddır.
Məşhur türk mütəsəvvüfü Cəlaləddin Rumini Mövlana məqamına yüksəldən, ona ilahi
eşq yolunu açan bu böyük sufi 1185-ci ildə Təbrizdə anadan olub.
Tarixi qaynaqlarda Şəms Təbrizi barədə o qədər də geniş məlumata rast gəlinmir. Onun
kimliyi daha çox Mövlananın divanından, bir də Cəlaləddin Ruminin oğlu Sultan Vələd və
onun yaxın dostu, “Ariflərin mənqələri” əsərinin müəllifi Əflaki Dədənin yazıya aldığı
əhvalatlardan öyrənilir.
Əflaki Dədənin yazdığına görə, Şəms Təbrizi qara bir keçəyə bürünər, tez-tez səfərlərə
çıxar, son dərəcə qənaətlə yaşayarmış. O qədər qənaətlə ki, illik xərci bircə dinarmış. Yeddi
gündə bir yarım çörəyi kəllə-paça suyuna doğrayıb yeməklə gününü keçirərmiş.
Qaynaqlarda Şəms Təbrizinin dərin hikmət və kəramət sahibi olduğu barədə bir-
birindən maraqlı əhvalatlara rast gəlirik. Əflaki Dədə Sultan Vələdin danışdığı, atası
Cəlaləddin Rumidən eşitdiyi bir əhvalatı nəql edir:
Şəmsin Kimya adında xanımı varmış. (Bəzi mənbələrə görə Kimya xanım Mövlananın
yaxını imiş, Şəmslə onu evləndirən də elə Cəlaləddin Ruminin özü olub).
Bir gün Şəmsin çox əsəbi halda Məram bağlarına tərəf getdiyini görəndə, Mövlana
mədrəsədəki qadınlara buyurur ki, tez Kimya xanımı tapın, bəlkə gələ, Şəmsi ovundura.