Page 147 - "Xəzər"
P. 147
Mövlana özü də Şəmsin çadırına doğru gedir ki, xanımı gələnə qədər tək qalmasın. İçəri 147
girəndə mat qalır. Qadınlar hələ Kimyanı çağırmağa macal tapmamış, görür, Kimya çadırda 2016
Şəmsin yanında oturub, Şəmsin də eyni açılıb.

Mövlana onları baş-başa qoyub çadırdan çıxır, amma dərhal Şəmsin onu çağırdığını
eşidib yenidən içəri girir. Bu dəfə də mat qalır, Şəmsi tək görüncə: “Kimya xanım necoldu?”
– deyir.

Şəms gülümsünür: “Tanrı məni o qədər sevir ki, istədiyim qiyafədə yanıma gəlir, – deyir.
– Sən görən anda Kimya qiyafəsində gəlmişdi”.

Şəms Təbrizi və Mövlananın dostluğu iki bədəndə eyni ruh kimi, həm Mövlananın
şeirlərində, həm də görənlərin, eşidənlərin söylədiklərində birmənalı şəkildə öz əksini tapıb.
Bu iki nəhəng Haqq aşiqinin bir-birinə duyduğu sevgi və sayğı o həddə çatıb ki, onlara
həsəd aparanlar, bu dostluğu qısqananlar, axırda Şəmsin şəhadətinə səbəb olmuş, dedi-
qodularla dolu söyləntilərin meydana çıxmasına şərait yaratmışdılar.

Şəms 1247-ci ildə Konyada dünyadan köçüb. Bu barədə də dürlü-dürlü rəvayət və
ehtimallar var ki, aradan yüzillər keçməsinə rəğmən, bu gün də ən maraqlı sənət əsərlərinə
mövzu olacaq dərəcədə diqqət çəkməkdədir.

Şəms Təbrizinin özəl olaraq qələmə aldığı heç bir əsəri bizə gəlib çatmayıb. Ancaq Haqq
vergisi olan bir mürşüd kimi, onun söylədiklərini müridləri qələmə almış, ayrı-ayrı hikmətləri
müxtəlif müəlliflərin əsərlərinə düşmüşdür. “Məqalat” Şəms Təbrizi irsinin hansı formadasa
bir toplusudur. Şəms Təbrizidən qalan ən qiymətli mənəvi xəzinə iki Tanrı dostunun bir
ruhda qovuşması, onların ilahi qatında bütövləşməsi nümunəsidir.

Şəmsə görə budur dostluq: “Gerçək dost Allah kimi məhrəm olmalıdır. Dostun
çirkinliklərinə və xoşa gəlməyən cəhətlərinə dözmək, onun xətalarından inciməmək lazımdır.
Dost dostdan üz çevirməməli, onun sözünü yerə salmamalıdır. Mərhəməti bol olan Allah
eyiblərinə, günahlarına, nöqsanlarına görə bəndələrindən üz döndərmədiyi, şahanə bir
şəfqətlə onların nazını çəkdiyi kimi, dost da dosta eyni münasibəti bəsləməlidir. Əvəz
gözləmədən, heç bir təmənna güdmədən edilən dostluq belə olur”.

ƏHMƏD OĞUZ

İlahi keçid. Şəms Təbrizi
   142   143   144   145   146   147   148   149   150   151   152