Page 53 - "Xəzər"
P. 53
ə yarıdı.
Nə bir ulduz,
nə bir işıq
Bomboş yol...
Darvaza. Bağlı qapı.
Göylərə səslənən,
Dənizə can atan
dilsiz küləyin
qorxunc vahiməsində.
Bəndə, tənha adam
öz düşüncələriylə
baş-başa qalıb.
Bir kimsə yox, umudsuzluq,
tükənməz sükut, gecə...
Bu, yenilməz gecədə
qürurlu ürəyi qızdıran
bir damla sevgi yox...
Yalnız soyuq,
bir də qara külək...
Sıra dağları,
dərələri, təpələri
yerdə qoyub.
Dənizin,
Dünyanın üstündən uçur
küləklər.
Və o zaman
yolun üstündəki ocağın
işığına qayıdır idrak,
sərgərdan düşmüş ağıl...
Küləklərə
taybatay açıq olan
bu köhnə yolda
su dənəcikləri
soyuq qanadlarıyla
gözləri döyəcləyir.
Dalğaların üstündə
ah-zarla
qağayı çığırır.
Yarımçıq ev. Çəpər.
Dəmir qabda alov qalxır,
gah balaca, kiçik, gah uca
Nimdaş, cırıq plaşa bürünüb
Əllərini qızdırır
Nə bir ulduz,
nə bir işıq
Bomboş yol...
Darvaza. Bağlı qapı.
Göylərə səslənən,
Dənizə can atan
dilsiz küləyin
qorxunc vahiməsində.
Bəndə, tənha adam
öz düşüncələriylə
baş-başa qalıb.
Bir kimsə yox, umudsuzluq,
tükənməz sükut, gecə...
Bu, yenilməz gecədə
qürurlu ürəyi qızdıran
bir damla sevgi yox...
Yalnız soyuq,
bir də qara külək...
Sıra dağları,
dərələri, təpələri
yerdə qoyub.
Dənizin,
Dünyanın üstündən uçur
küləklər.
Və o zaman
yolun üstündəki ocağın
işığına qayıdır idrak,
sərgərdan düşmüş ağıl...
Küləklərə
taybatay açıq olan
bu köhnə yolda
su dənəcikləri
soyuq qanadlarıyla
gözləri döyəcləyir.
Dalğaların üstündə
ah-zarla
qağayı çığırır.
Yarımçıq ev. Çəpər.
Dəmir qabda alov qalxır,
gah balaca, kiçik, gah uca
Nimdaş, cırıq plaşa bürünüb
Əllərini qızdırır