Page 52 - "Xəzər"
P. 52
lu Ay...
Dağların başında
Danış mənimlə,
Adət etdiyimiz
şeylərdən danış,
Xəbər göndər mənə:
Yemək yeyə bilərəmmi
Mən bu gün?
“Qismətimə
şükür!” deyə bilərəmmi
mən bu gün?..
Eşq olsun sənə,
Təzə Ay
Mavi Ay.
Mavi örtüyə bürünürsən...
Sən,
Güclə görünürsən...
Görüş
Zülmətin,
qaranlıq dağların,
qaranlıq körfəzin,
qaranlıq gecənin
başı üstən
qara külək əsir.
Dəniz yırğalanır,
Qabarır, çəkilir
Dalğalar tük ürpədir
Sıldırım qayaları
yerindən tərpədir
sığallayır, udur.
Ağ köpüklər dişini qıcayır
nəyisə hədələyir...
Dağların başında
Danış mənimlə,
Adət etdiyimiz
şeylərdən danış,
Xəbər göndər mənə:
Yemək yeyə bilərəmmi
Mən bu gün?
“Qismətimə
şükür!” deyə bilərəmmi
mən bu gün?..
Eşq olsun sənə,
Təzə Ay
Mavi Ay.
Mavi örtüyə bürünürsən...
Sən,
Güclə görünürsən...
Görüş
Zülmətin,
qaranlıq dağların,
qaranlıq körfəzin,
qaranlıq gecənin
başı üstən
qara külək əsir.
Dəniz yırğalanır,
Qabarır, çəkilir
Dalğalar tük ürpədir
Sıldırım qayaları
yerindən tərpədir
sığallayır, udur.
Ağ köpüklər dişini qıcayır
nəyisə hədələyir...