Page 208 - "Xəzər"
P. 208
isito, çünki dünyada hər şeydən çox ağlımı itirməkdən qorxuram. Mən isə
hərdən-hərdən havalandığımı, demək olar, cismən hiss eləyirdim və doğrusunu
desəm, son vaxtlar bunu daha çox hiss eləyirdim. Özümdən soruşurdum: “Robinetə
görə belədi?” Və cavab verirdim: “Onun görüm başı batsın”. Başı batacaqdı,
batmayacaqdı – mənim çox da vecimə deyildi, əslində isə bircə şeyi arzulayırdım:
“Onu tapmaq!”

XVIII

Bir səhər ağlıma bəzi fikirlər gəldi və durub fransız konsulluğuna yollandım.
Sarışın oğlandan konsulun yanına necə düşməyi öyrəndim. Konsul məni gözlətsə
də, narahatçılığımı elə də bildirmədim, çünki qəbul otağındakı divanda əyləşmək
ləzzət eləyirdi. Konsul iri eynəkli, genişalınlı bir adamdı, sözün axırını yeyirdi.
Robinet haqqında ondan soruşanda, zəngi basdı və xidmətçi gəlib tapşırığa qulaq
asandan sonra gedərək kitabla qayıtdı. Sonra məndən Robinetin yaşını, İspaniyaya
gəldiyi tarixi, nə ilə məşğul olduğunu, Fransada yaşadığı yeri soruşdular, mənsə eyni
sözü təkrarlayırdım: “Bilmirəm, bilmirəm”. Nəhayət, konsul dedi: “Bu adam
konsulluqda qeydə alınmayıb”.

Mən çox kədərləndim və kontorda maaşımı alandan sonra yağlıbaş barmenin
yanına yollandım. Onun turşaşirin təbəssümünü görəndə özümü miskin bir adam
hiss elədim. Ancaq buna baxmayaraq, ondan hər şeyi öyrənmək fikrim qətiydi. Heç
nə olmamış kimi soruşdum:

–Robinet necədi?

–O yoxdu, – cavab verdi. – Gedib.

–Hara?

–Sizin əliniz çatmayacaq yerə. Bunu bilmək istəyirdiniz?
–Vətəninə qayıdıb?
–Elədir ki var.
   203   204   205   206   207   208   209   210   211   212   213