Page 207 - "Xəzər"
P. 207
–Di yaxşı, Aurita, boş-boş danışma. Bu ki xırda şeydi, sabah alaram, qurtarıb
gedər.

–Ax, demək belə?! Səncə, arvadını vur-tut bir dəfə sevindirməkdənsə, bütün
günü haralardasa avaralanmaq yaxşıdı?

Mən barışdırıcı tərzdə dedim:

–Xahiş eləyirəm, sakit ol, Aurita, yoxsa ev cəhənnəmə dönüb.

O hirsləndi:

–Hə?! Bəs onda bu evdə şeytan kimdi?

Hamısının günahı, qanqliitdədi, Davisito. Ən əlverişsiz məqamda bərk
sancdı. Peysərimdəki şiş, bir də ən yaxşı müalicə kimi həkimin sakitliyi məsləhət
görməsi məni özümdən çıxardı. Ovcumdakı stəkanın ağırlığı məni sakitləşdirə
bilərdi və onu ləzzətlə divara çırpdım. Qolaylanmağımdan, çiliklənən stəkanın
cingiltisindən Aurita yerində quruyub qaldı. Ancaq bu vur-tut bir an çəkdi, dərhal
peşman oldum, məmnuniyyətlə hər şeyi geri qaytarardım, deyəsən, ağ eləmişdim.
Auritanın “vəhşi, vəhşi, vəhşi” deyə-deyə koridorla qaçdığını görəndə məni vahimə
bürüdü və qarnımı sancı doğradı.

Həmişə beləyəm, Davisito. Kim bilir, bəlkə, divara bir dənə də stəkan, ya
kasa, ya hətta bardaq çırpsam – evdə öz hökmümü çoxdan yeridərdim. Ancaq belə
çıxır ki, sözümün üstündə durmağa göstərdiyim xırda bir cəhddən sonra, məni artıq
təəssüf hissi bürüyür, özlüyümdə deyirəm ki, Aurita haqlıdı, mən kimi əri olanın
həyatı cəhənnəmdən betərdi. Axırda geri çəkilirəm, ailə harmoniyasına ordan-
burdan birtəhər yamaq vurub, başımı aşağı salıram, belə çıxır ki, qalib olmaq əvəzinə
məğlub olmuşam və mənim mövqeyim laxlayır.

Auritanı sakitləşdirdim, gecə köynəyini bir daha təzələdik, ancaq bu dəfə
hiss elədim ki, elə də səmimi-qəlbdən üzr istəmirəm, üsyankar fikirlər hələ içimdə
civildəşir, dava-dalaşdan, qarışıqlıqdan zəhləm getdiyinə görə belə hərəkət eləyirəm.

Hər halda, bu qəribə hərəkətim məni çaşdırdı, ürəyimin dərinliyində dedim:
“Özünü aldatmaq nəyə lazım? Sərsəmlik adamı belə haqlayır”. Məni dəhşət bürüdü,
   202   203   204   205   206   207   208   209   210   211   212