Page 205 - "Xəzər"
P. 205
yor inspektor” – və on il xidmətim ərzində bir dəfə də üzrsüz yerə iş
buraxmadığımı, vur-tut üç gecikməm olduğumu ona xatırlatdım, o isə yumşalıb,
yumşalıb, nəhayət, dedi:
–Di yaxşı, Lenuar, ilk dəfə olduğuna görə bağışlayıram, ancaq bir də belə
şey görməyim.
Minnətdarlıq eləyib kabinetdən çıxdım. Sançes soruşdu: “Nə oldu, Lenuar?”
Mən cavab verdim: “Heç nə”. Sançes canıyananlıqla məni süzdü: “Sən də özünə
görə deyilsən”.
XVII
Həkim deyəndə ki, körpənin ürək döyüntüsünü eşidir, mən qanımda
ölümsüzlüyün döyüntüsünü hiss elədim. Yəqin, ata olacağımın həyəcanından idi.
Auritadan onun təpikləyib-təpikləmədiyini soruşdum; Aurita cavab verdi ki,
təpikləmir. Həkim dedi ki, hələ heç yarı müddət də keçməyib. Aurita soruşdu ki,
ekiz deyil, həkim isə dedi, niyə belə fikirləşir. Aurita qızarıb çiyinlərini çəkdi. Qəfil
elə bil zarafatyana fikirləşdim ki, nə vaxtsa Robinetlə bir qarında olmuşuq, o saat
məni tər basdı, ciddiləşib düşündüm: “Axı mən Robineti əvvəllər qarındakı kimi
necəsə dar, bağlı yerdə görmüşəm”. Bu, sadəcə, fərziyyə idi, Davisito, ancaq mənə
yenə elə gəldi ki, bundan da doğrusu ola bilməz. Həkim Auritaya vitaminlər, bir də
kalsi iynəsi yazdı.
Bunları Sançesə danışanda o məni qorxutdu: “Doğana qədər vitamin vermə.
Körpənin çöldə böyüməyi yaxşıdı, nəinki qarında”. Doğrusu, onun mühakiməsi
inandırıcıydı və Auritaya evdə o cür də dedim. O soruşdu: “Nədi, Sançes həkimdi?”
– “Yox, özün bilirsən”, – mən cavab verdim. “Ancaq burnunu hər yerə soxmağı
xoşlayır, elədi?” Söz mənə toxunsa da, özümü saxladım, dedim, necə istəyir eləsin,
o isə acıqla mızıldadı ki, öz kefindən belə eləmir, həkimin tapşırığını yerinə yetirir.
O vaxt elə də yola getmirdik, Davisito, bilirdim, bunun günahı nə Auritada,
nə də məndədi, günah Robinetdədi. Hərdən elə şeylər uydururdum, özümün də