Page 182 - "Xəzər"
P. 182
Yalnız öllülər dirilə bilərlər. Dirilər üçün bu çətin işdir.
Karyeranın eşafota aparan pillələri də var.
Əsl təlxək əsl təlxəyi ələ salırsa, deməli, onlardan
hansısa əsl təlxək deyil.
Dünyanın ilk bəndəsi say bilmədiyindən özünü
tənha da hiss etmirdi.
Nə qədər ki elm bizim nəsə ayrı bir şey olduğumuzu
sübut etməyib – bəlkə o vaxta qədər adam olaq?
Hərdən kobudluq eləmək lazımdır ki, nəzakətli adam
olduğunu qiymətləndirsinlər.
Onu yalnız çılpaq gördüyüm üçün haqqında heç nə danışa bilmərəm.
Əsl əzabkeş o adamdır ki, ona əzabkeş olmağı da çox görüblər.
Elə adamlar var ki, adam öldürməyə əlləri qalxmır, ona görə məcbur olurlar ki,
öldürməzdən qabaq adamı adamlıqdan çıxartsınlar.
Dəlilər haqqındakı lətifələri dəlilərin öz dilindən eşitmək
təşviş doğurur: onlar kifayət qədər ağıllı deyillərmi?
Adamyeyənlər elmin tamına baxmaq istəyəndə
alimlərin dilini qoparırlar.