Page 177 - "Xəzər"
P. 177
oturanda ayaqları yerə çatmır.
Özünü kilsənin ən böyük zəngindən asdı ki, ölümündən
bütün aləm xəbər tutsun.
Hələ yazılmamış əsərlər üçün də parodiyalar mövcuddur.
Şeytan – cəhənnəmdə müsbət surətdir.
Qeybətlər çeynənib köhnələndən sonra əsatirə çevrilirlər.
Tutaq ki, başınla divarı vurub dağıtdın: qonşu
kamerada neyləyəcəksən?
Dünyaya cəmi-cümlətanı bircə sözüm vardı – o sözü
söyləyə bilməməyim ucbatından yazıçı oldum.
Onun ölməsi hələ yaşadığını sübut eləmir.
"Mən sabahın şairiyəm", - o dedi. "Bu barədə birisi gün
danışarıq", - cavab verdim.
Hər şeyə göz yummaq üçün adamın gərək yüz gözü olsun.
Pəltək aktyora pəltək rolunu tapşırmaq olmaz.
Yazıçılara məsləhət: son nöqtəni qoymağa heç vaxt
gecikməyin. Bunu yazmağa başlamadan da etmək olar.