Page 178 - "Xəzər"
P. 178
Amerikanın kəşfi amerikalılara məxsus deyil. Xalis rüsvayçılıq!
Hamı aktyordu. Bu qədər rolu hardan tapasan?
Dünyanın bütün buxovları yeganə bir zəncir yaradır.
Desələr müqəddəs adam yoxdur, hətta ateistlər də inciyər.
Yer kurəsi – sual işarəsi altındakı nöqtəyə bənzəyir.
İnsanın fantaziyası nə qədər güclü olsa, özü öz gözündə
bir o qədər acizləşəcək.
Sonuncudan qabaqkı mogikan əksər halda sonuncunu
öldürür ki, özü sonuncu olsun.
İnsan dal ayaqları üzərində yeriməyə başlayandan
hələ də öz tarazılığını düzəldə bilməyib.
Hər şey adamın öz əlindədir. Ona görə əlləri tez-tez yumaq lazımdır.
Bağlı zərf boş olduqda belə sirli görünür.
Sözlərinin qədrini bil, unutma ki, onların hər biri sonuncu ola bilər.
Çörək istənilən ağzı açır.
   173   174   175   176   177   178   179   180   181   182   183