Page 179 - "Xəzər"
P. 179
Bir çox əşyalar o səbəbdən mövcud deyil ki, onlara hələ ad tapılmayıb.
Adam ağzını açmadan da özünə tüpürə bilər.
Ölümdən sonra yaşamaq asan məsələ deyil: bəzən
bundan ötrü bütün ömrü sərf etmək lazım gəlir.
Nə qədər ki yel əsmir – yelqovanın da xarakteri var.
Əsatir həqiqətə çevriləndə, bu, kimin qələbəsi olacaq:
materialistlərin, yoxa idealistlərin?
Hayıf ki, adamı cənnətə katafalkda aparırlar.
Hərdən susmaq da lazımdır ki, sənə qulaq assınlar.
Hər şey çoxdan yazılıb qurtarıb. Ancaq xoşbəxtlikdən
hamısının üzərində düşünülməyib.
Bir-birlərinə elə sarılmışdılar ki, arada hisslər üçün yer qalmamışdı.
Sıfırlardan zəncir düzəltmək asan işdir.
Sirrin özünü gizlətməyə ehtiyacı yoxdur.
Ən çətin iş – cəhənnəmi yandıra bilməkdir.