Page 175 - "Xəzər"
P. 175
bezergen dinq) (O bəzirgandır)

Hazırladı: ƏHMƏD OĞUZ

AFORİZMLƏR VƏ SİTATLAR

STANİSLAV YEJİ LETS

1909-cu ilin martında Lvovda doğulan Stanislav Yeji Lets ağır həyat keçirib; dörd yaşında ikən
atasını itirib, anasının himayəsində boya-başa çatıb. Öncə gimnaziyada, sonra Lvov universitetinin hüquq
fakultəsində təhsil alıb. 1933-cü ildə futurist şeirlərdən ibarət ilk kitabı nəşr edilib. İkinci dünya savaşı
illərində cəbhəyə yollanan və bir neçə dəfə həbs edilən yazıçı Ternopol düşərgəsində olmazın əzablara
qatlaşıb; iki dəfə möcüzə nəticəsində ölümdən yaxa qurtarıb. 1943-cü ildə ölüm düşərgəsindən qaça bilib
və yenidən faşizmlə mübarizəsini davam etdirib. Letsin müharibədən sonrakı iyirmi ildə on kitabı çapdan
çıxıb. Bununla belə, qəribədir ki, yazıçını bütün dünyaya tanıdan onun şeir və nəsr kitabları yox, məhz
üzərində otuz il çalışdığı "Cilalanmamış fikirlər" olub.

Polyak yazıçısının bir çox xalqların dilində zərb-məsələ çevrilmiş aforizmlərindən bir qismini
«Xəzər»in oxucularıa təqdim edirik.
   170   171   172   173   174   175   176   177   178   179   180