Page 181 - "Xəzər"
P. 181
Yalan həqiqət kimi ortaya çıxanda yalana çevrilir.
Bəzi adamların heç vaxt ümidləri olmayıb, bəziləri də
elə hey onu itirirlər.

Napoleon olmadan da Müqəddəs Yelena adasında
ölmək mümkündür.
Yüksək sürət götürüb bir ömrü bir günə də yaşamaq
olar. Amma bəs qalan vaxtda neyləyəcəksən?

Yaşamaq zərərli şeydir - yaşayanlar ölürlər.
Yalan doğrudan bircə şeylə fərqlənir: doğru olmamasıyla.

Boş başlarda əks-səda qoparmaq çox çətin işdir.
Zamanla ayaqlaşmağa çalış, yoxsa arxadan gələnləri basıb əzərsən.

Ən yüksək mərtəbəyə ucalanlar özlərinə asanlıqla bəraət
qazandıra bilərlər ki, daha bundan o yana yol yoxdur.
Texnika elə bir inkişaf mərhələsinə yetişəcək ki,
adam özü olmadan da keçinə biləcək.

İnsanları sevirəm. Elə ona görə də heç vaxt onları yaratmazdım.
   176   177   178   179   180   181   182   183   184   185   186