Page 8 - "Xəzər"
P. 8
ın oldu) – Yanınıza adam göndərəcəklər. – Sonra əlavə elədi: – Topladığın
pulları mənə verməli olacaqsan, benzin almağa pulum yoxdur”.
Atasının getməyəcəyini görüb, Vudi Uinnetkadakı “Sanset-Ric” klubunda
oyunçulara xokkey ağacı və top daşımaqla qazandığı pulların hamısını ona verdi.
Atası hesab edirdi ki, oğluna yaşamaq dərsi verir, bu miskin dollarlar isə belə
qiymətli həyat dərsinin yanında heç nədir. Hər dəfə oğlunu tovlayıb, kələk gələndə
qırmızısifət, qarmaqburun ata onun üzünə elə məsum baxışlarla baxırdı ki, elə bil,
baş keşişdir. Filmlərdən ilhamlanan uşaqlar ona Riçard Diks2 ayaması vermişdilər.
Komikslərin ilk seriyaları meydana çıxandan sonra isə ayamasını dəyişib, Dik
Treysi3 qoydular.
Kilsə zənglərinin zəngüləsini dinləyən Vudi birdən-birə fərqinə vardı
ki, o öz atasızlığını pulla alır. Ha-ha! Çox maraqlıdır, xüsusilə də, atasının manerası:
“Doğma atana inanmalısan, bunu sənə öyrədərəm!” Axı ona əyani olaraq sübut
etmişdilər ki, real həyat və azad instinktlər dindən, riyakarlıqdan üstündür. Bundan
da qabaq başa salmışdılar ki, axmaqlıq etmək olmaz, səfeh yerində qalmısansa,
bundan utanmalısan. Atasının Kovnerdən zəhləsi gedirdi. Ona görə yox ki, Kovner
dinindən dönmüşdü (bu, vecinə deyildi) və ya onun qurduğu missiya insanların
başını piyləyirdi (atası Kovnerin özünün dürüst adam olduğunu deyirdi), ona görə
ki, Kovner fırıldaqçı-virtuoz kimi görünməsinə baxmayaraq, özünü axmaq kimi
aparır, səfeh kimi danışırdı. Paqanini kimi saçlarını oynadırdı (Vudi bunu özündən
toqquşdurmuşdu: atası Paqaninin adını belə eşitməmişdi). Yəhudi qadınları
yolundan eləyən, dinindən döndərən adamdan nə gözləyəsən? “O, özü də bilmədən
arvadları başdan çıxarır, onları nəylə şirnikdirdiyindən özünün də xəbəri yoxdur”.
Ancaq Kovner də öz növbəsində Vudini xəbərdar etməkdən qalmırdı:
“Atan təhlükəli adamdır. Atanı sev, Vudro, başqa yolu yoxdur, sən onu sevməyə və
bağışlamağa borclusan. Amma artıq uşaq deyilsən, bilməlisən ki, atan yaxşı yolun
yolçusu deyil”.
Boş sözlərdi: atasının elə də ağır günahları yox idi, uşaq-muşaq
hərəkətləriydi hamısı. Bəlkə də, elə ona görə oğluna yer eləyirdi. Bir də anasına.
2 “Simmaron” filmində qəsbkarlıq, zirəklik mücəssəməsi olan Yensi Kravt obrazını yaratmış aktyor
3 Komikslərdə polis xəfiyyəsi