Page 7 - "Xəzər"
P. 7
ndərib, xristian eləmişdi. Kovner Sinsinattidəki Birləşmiş yəhudi kollecində
Talmudu öyrənirmiş. Ancaq keşiş olmaq və missioner təşkilatı qurmaq üçün
kollecdən ayrılmışdı; xristianlığı da Vudiyə bütünlüklə olmasa da, qismən, o
aşılamışdı. Atasına gəlincə, onun fundamentalistlərlə heç arası yox idi. Hey deyərdi
ki, yəhudilər missioner təşkilatına qəhvə və süd içməyə, qaxac və ananas konservi
yeməyə gedirlər. Əgər buna görə onları moizə dinləməyə məcbur edirlərsə, eybi
yoxdur: böhran hər yanı bürüyüb, nərmənaziklərin zamanı deyil. ancaq bir şeyi
dəqiq bilir ki, onlar qaxacı satırlar.
Axı İncildə aydın yazılıb: “…zira nicat yəhudilərdən gələcək”1.
Mübarək Kovnerin missiyası qiyamət gününü yaxınlaşdırmağa, yəhudilərin
hamısını döndərib, xristian etməyə çalışan imkanlı fundamentalistlərin (bunların
əksəriyyəti isveçlilər idi) ianəsi hesabına fəaliyyət göstərirdi. İanə bağışlayanların
ən səxavətlisi missis Skuqlund idi. Mərhum ərindən ona böyük südçülük təsərrüfatı
miras qalmışdı. Onun yanında Vudinin böyük hörməti vardı.
Atası tünd xasiyyətli xristian arvadını, dönmə oğlunu və kiçik qızlarını atıb,
Qalinayla (qadın onun dükanında işləyirdi) yaşamağa başlayanda Vudinin on dörd
yaşı tamam olmuşdu. Bir dəfə, yaz günlərinin birində atası Vudiyə yaxınlaşıb dedi:
“Bundan sonra ailənin başçısı sən olacaqsan”. Onda Vudi evin arxasında məşq edirdi
– qolf ağacıyla zəncirotunun başcıqlarını vurub salmaqla məşğul idi. Atası isti
havayla uyuşmayan bayırlıq kostyum geymişdi. O, başını açdı. Tər basmış
kəlləsində şlyapanın qırmızı izi göründü. Başında saçdan çox tər damcıları vardı.
Atası dedi: “Mən evdən gedirəm. – O, həyacanlıydı, görünür, onları biryolluq tərk
etməyə qərar vermişdi. – Uzatmağın mənası yoxdur. Belə həyat mənlik deyil. –
(Atasının ürəyincə olan həyat hansıydı? Vudi bunu fikirləşən kimi onu
bilyardxanada, dəmiryolu estakadasının altında zər atan yerdə, yaxud “Braun və
Koppel”in yuxarı mərtəbəsində poker oynayarkən təsəvvür elədi.) – Ailənin başçısı
sən olacaqsan. Heç nədən qorxma, ürəkli ol. Hamınıza müavinət düzəltmişəm.
Vabansia-avenüdən gəlirəm, yardım kontorundan. – (niyə bəzənib-düzəndiyi indi
1 İoannın İncili