Page 8 - "Xəzər"
P. 8
ngə boyandı. Sanki dənizin suyu qana çevrilmişdi.
Qadının keçib getdiyi yerlər - dəniz qumunun üstü parça-parça olmuş qılınc, nizə, sınıq ox qalaqlarıyla dolu idi... O,
qanlı sütunların və diş-diş tağların arasıyla irəlilədikcə, sınıq-salxaq, lazımsız silahların sayı artırdı. Qadın, dəniz
otlarının üstünə sərilmiş ölü döyüşçünü tapdalamamaq üçün ayaq saxlayanda Kral diksinib yuxudan ayıldı.
Döyüşçünün əlində, qınından sivrilmiş qılınc, başında dərin yara nəzərə çarpırdı. Dənizin dibi batmış gəmilərin
qalıqları ilə dolu idi, ağır lövbərlər quma çbkmüşdü, yoğun kanatlar ilan kimi qıvrılmışdı. Yanaşı düzülmüş gəmilərin
dor ağacları sınmış, kənarları əzilmişdi .
"Görəsən, bu boyda zəngin sərvəti amansız zamana təhvil verən kimdi?" - Kral fikirləşdi.
Həlak olmuş döyüşçülərin sayı-hesabı yox idi. Bəzilərinin cəsədi gəmilərin lövbərlərindən sallanır, bəzilərininki dəniz
otlarının üstündə yatırdı. Lakin dərin yuxuya qərq olandan bəri göy plaşlı qadını izləyən Kralın onlara diqqət ayırmağa
vaxtı yox idi.
Qadın həlak olmuş döyüşçülərdən birinin qarşısında dayandı. Döyüşçünün başında parıltılı dəbilqə var idi, bir qolunu
qalxan örtürdü, o biri əli, hələ də qınından çıxmış qılıncı sıxırdı.
Qadın döyüşçüyə sarı əyilib:
- Kral Olav, Kral Olav... - pıçıldadı, sanki onu oyatmaq istədi... və yalnız bu an Kral başa düşdü ki, dənizin dibində
yatan özüdür.
- Məgər, məni xatırlamırsan? - qadın qəribə bir qüssəylə pıçıldadı. - Mən Kunqahelldəki kilsənin qarşısında gördüyün
həmin qadınam.
Ölmüş döyüşçü qımıldanmırdı. Qadın Kralın qarşısında diz çöküb bir daha pıçıldadı:
-Storroda bütün gəmilərini göndərib səndən amansızcasına qisas aldı. Buna peşmansanmı, Kral Olav?..
Döyüşçü hələ də hərəkətsiz yatırdı.
Qadın yenə soruşdu:
- Storrodanı yox, məni seçdiyin üçün həyatınla cavab verdin. Buna peşmansanmı, kral Olav?
Bu zaman həlak olmuş döyüşçü gözlərini açdı. Qadın ona, ayağa qalxmağa kömək elədi. Kralı qadının çiyninə
söykəndi və onlar yavaş-yavaş dənizin dibi ilə addımlamağa başladılar.
Onlar addımladıqca, sular geriyə çəkildi, köpüklər onların ayaqları altında əriyib yoxa çıxdı... və onlar dənizin dibindən
yuxarı qalxıb sahilə çıxdılar.
Kral Olav, çox sevdiyi Norveçə baxdı, vətənini bir başından o biri başınacan seyr etdi, sıldırım qayalı körfəzlərə,
böyük Kunqahell şəhərinə nəzər saldı. Cənub tərəfdə İsveç dağları uzanırdı. Ayağı yalın çoban tütək çalır, yaşıl
çəmənlikdə qoyun sürüsü otlayırdı...
Kral Olav böyük şəhərləri də, kiçik kəndləri də, hətta payızda yetişən quşarmudu kollarını da görürdü... Külək əsdikcə,
kolların qırmızı salxımları evlərin alçaq pəncərələrinin şüşələrini döyəcləyirdi. Günəş dağların arxasına çəkilirdi, ayın
gümüşü işığı aləmi boyayırdı və yenidən günəş doğurdu.
Kral vətəninə baxdıqca, hər yerdə hündür qübbəli kilsələri görür, zəng səslərini eşidirdi. Yaxınlıqdakı kilsələrin
zəngləri təntənə və əzəmətlə çalırdı. Uzaq İsveçrə kilsələrinin səsi külək əsintisi qədər zəif olsa da, Kral Olav onları
da eşidirdi. Sonra hər tərəf qarla örtüldü, körfəzlər sırsıra bağladı, kilsələrin pəncərələrində şam işıqları yandı və Kral
başa düşdü ki, Milad bayramı yetişib.
- Şükür sənə, İlahi. Bütün bunları görməyi mənə qismət elədin! - deyə o pıçıldadı.
Sonra Yer üzünü qar kimi ağappaq buludlar bürüdü. Kral yenə öz yol yoldaşının çiyninə söykənib pilləkənlə qalxırmış
kimi, buludların üzəriylə yeriməyə başladı. Onlar bulud pillələrlə yavaş-yavaş yuxarı qalxıb, mirvariyə bənzər şeh
örtüyü altında bərq vuran şəffaf gül-çiçək dolu gözəl bir çəmənliyə çatdılar.
Cənnət bağına daxil olan kimi, qadının qəddi düzəldi, yerişi yüngülləşdi, sayrışan mavi ulduzlardan toxunmuş plaşı
işıq şaçmağa başladı. Başının haləsində peyda olan parlaq şəfəqli çələngi qənirsiz çöhrəsini nura boyadı.
- Sən kimsən? - gözləri qadının səmavi gözəlliyindən tutulmuş Kral pıçıldadı.
- Məgər bilmirsən? - qadın dedi. Onun təbəssümü əbədi sakitlik və işıqla dolu idi.
Göylər İlahəsinə pərəstişi seçdiyi üçün Kralın ürəyi sevinclə doldu. Bu sevinc o qədər böyük, o qədər pak idi ki, Kralı