Page 9 - "Xəzər"
P. 9
udan oyatdı...
Kral Olav yuxudan oyananda, yanaqlarının göz yaşlarından islandığını, əllərinin, dua edirmiş kimi, sinəsinin
qarşısında cütləşdiyini gördü.
Böyük və Kiçik Çerstin
Böyük və kiçik Çerstin artırmada dayanmışdılar. Küpəgirən qarı ayağını yaşıl cığırla sürüyə-sürəyə bacıların
görüşünə gəlirdi.
Böyük və Kiçik Çerstin qarıya "ana" deyib, əlindən öpdülər.
- Müdrik ana, sən hər şeyə qadirsən, atamızı yola gətir. İki gənc şahzadə bizimlə evlənmək istəsə də, qoca buna
razılıq vermir. Qoy ağlını başına yığsın. Biz - yoxsul kəndli qızları da qızıl boşqablarda xörək yemək, daş-qaşla
bəzənmiş şahzadə əlləriylə oxşanmaq istəyirik.
Ocaq tüstüsündən qaralmış tək, çirkin, köhnə əski tək, qırışmış zalım, idbar qarı bacılara belə cavab verdi:
- Hələ heç kəs mənə ana deməyib, heç kim mənim kobud əllərimdən öpməyib. Sizə kömək edəcəyəm. Bircə söz
verin ki, atanızın sözündən çıxmayacaqsınız.
Bacılar qarının bu sözündən ağlamağa başladılar:
- Deməli, heç vaxt başımıza tac qoyulmayacaq. Xidmətçilər, sarayın ağ pilləkənləriylə sürünən donlarımızın ətəyini
arxamızca daşımayacaq.
Müdrik cadugər isə yamyaşıl cığırla yola düzəlib bacılardan yavaş-yavaş uzaqlaşdı.
Yoxsul kəndli evə qayıdanda, qızları onu ehtiramla qarşıladılar. Çiynindəki odun şələsini endirdilər. Bir yandan, yerə
saman döşəyib süfrə açdılar, bir yandan da dayanmadan, göz yaşı tökdülər.
- Qızlarım, böyük və kiçik Çerstin, quru ardıc kolunda qızılı budaq bitmir, qırmızı tülkü balalarını ipək yastıqlarda
yatırtmır. Siz, qızıl, zərxara geyinən kimi, mənim kətan çuxama güləcəksiniz. Özünüz dəbdəbəli otaqlarda yaşaya-
yaşaya, mənə it damını layiq görəcəksiz.
Bu sözlərdən sonra bacılar əvvəlkindən də möhkəm ağlamağa başladılar.
Kəndli yumruğunu stola vurdu.
- Sizə elə ərlər tapacağam ki, mənim çuxama gülə bilməsinlər. Məni evlərinin yuxarı başında əyləşdirsinlər.
Kəndli, Böyük və Kiçik Çerstinlə birlikdə artırmaya çıxdı, Şərqə və Qərbə təzim etdi, şlyapasını qaldırıb Cənuba və
Şimala sarı baxdı, sonra meşəyə tərəf çönüb:
- Qızım Böyük Çerstinlə evlənmək istəyən varmı? - deyə qışqırdı.
Meşədən cavab gəldi:
- Onunla mən evlənmək istəyirəm!
- Onda gəl, apar! - deyə kəndli var qüvvəsi ilə qışqırdı.
Bu məqam meşədən, iri, buruq buynuzlu, dərisi yonca tarlası kimi qalın bir qoç yüyürüb gəldi. Kəndli Böyük Çerstini
qaldırıb qoçun belinə şəllədi. Qoç qızı meşənin dərinliyinə - kol-kosdan düzəldilmiş komaya apardı və böyük Çerstin
uzun müddət orda yaşadı.
Səhəri gün kəndli kiçik qızıyla artırmaya çıxdı. Cənuba və Şimala təzim etdi, şlyapasını qaldırıb Qərbə və Şərqə sarı
baxdı, sonra Böyük gölə tərəf çönüb:
- Qızım Kiçik Çerstinlə evlənmək istəyən varmı? - deyə qışqırdı.
Böyük göl tərəfdən cavab gəldi:
- Onunla mən evlənmək istəyirəm!
- Onda gəl, apar! - deyə qoca var qüvvəsi ilə qışqırdı.
Bu məqam göl tərəfdən, qanadları qapı iriliyində, gözləri, dəmir közərtisiylə alışıb-yanan, nəhəng bir qarabatdaq uçub
gəldi.
Kəndli kiçik Çerstini quşun caynaqlarına atdı. Qarabatdaq qızı götürüb havaya qalxdı və onu gölün yanındakı daş
mağarasına apardı. Kiçik Çerstin də uzun müddət orda yaşadı.