Page 6 - "Xəzər"
P. 6
l Olav hər gün Məryəm ana kilsəsinə günorta ibadətinə getməyə vərdiş etsə də, o səhər yuxudan oyanananda
fikirləşdi ki, bir gün kilsəyə getməsə, günah sayılmaz.
O, Kraliça Storrodanı görməyə, həmin axşam toy etmək üçün adaxlısından icazə almağa tələsirdi. Kral saraya,
müşayiətsiz - təmtəkcə daxil olub mərmər pillələrlə tələsik qalxmağa başladı. Yox, daha o, bircə dəqiqə belə gözləyə
bilməzdi!
"Onun qara saçlarına mirvaridən tac qoyacağam!" - Kral Olav düşünürdü - "Mənim Siqridim o qədər gözəl olacaq ki,
ən paxıl insanlar belə, onun gözəlliyi qarşısında baş əyəcəklər".
Uzaqdan kilsə zənglərinin səsi eşidilsə də, Kral addımlarını yavaşıtmaq fikrinə düşmədi. Lakin o, kilsənin yanından
ötəndə, gözlənilmədən çox qəribə və izaholunmaz bir hadisə baş verdi. Zəng səsləri qəfildən kəsildi, kilsə xoru
susdu, məbəddə yanan şamlar söndü.
Kral ayaq saxlayıb heyrət içində kilsəyə sarı boylandı. Kilsə necə də çirkin və miskin görünürdü?!... Bəs niyə əvvəllər
bunu hiss eləmirdi? Ağır torflu dam örtüyü sanki kilsəni başından aşağı basırdı. Şam ağacının qabıqlarından
hazırlanmış ensiz çardağın qapısı isə qaramtıl və alçaq idi.
Kral yoluna davam eləmək istəyirdi ki, kilsənin qarşısında cavan bir qadın peyda oldu. Onun əynində, sadə parçadan
tikilmiş qırmızı yubka və göy rəngli, ucuz plaş vardı. Qucağındakı südəmər körpənin açıq rəngli qıvırcıq saçları
çiyninə tökülmüşdü.
Kral Olav göy plaşlı qadına baxır, gözlərini ondan ayıra bilmir, "Onun necə gözəl üzü var... - deyə düşünürdü. - Heç
vaxt belə füsunkar gözəllik görməmişəm!"
Qadın uşağı sinəsinə elə möhkəm sıxmışdı, elə bil Yer üzündə bu körpəsindən qiymətli heç nə yox idi.
Qadın geriyə boylandı, içiboş, qaranlıq kilsəyə baxdı və açıq mavi gözləri yaşla doldu. O, taqəti tükənmiş kimi, çiynini
qapıya söykəyib kədərlə uşağına baxdı, gözləriylə sanki: "Yer üzündə isti bir ocaq, sığınacaq tapa biləcəyikmi?" -
dedi.
"Görən bu qadın kimdi?..» - Kral özü-özlüyündə düşündü. - «Elə bil, onu hardasa görmüşəm. Şübhəsiz, əsil-
nəcabətlidi. Görünür, bu müsibətə taleyin hökmü ilə düçar olub."
Kral, hər şeyi unudub, insanı ovsuna salan bu simanı, bu mavi, məsum gözləri harda gördüyünü xatırlamağa çalışdı.
Sonra özünü saxlaya bilməyib qadına yaxınlaşdı:
- Niyə belə qəmlisən? - deyə ondan soruşdu.
Qadın:
- Məni evimdən qovublar. - dedi və çevrilib qaranlıq kilsəni göstərdi.
Kral, onun nə demək istədiyini başa düşmədi. Bəlkə getməyə başqa yeri olmadığı üçün kilsədə sığınacaq axtarır?
- Səni kim qovub axı? - deyə soruşdu.
Qadının kədər dolu baxışları Kralın ürəyini parçaladı:
- Məgər bilmirsən? - o, astadan dilləndi.
Kral üzünü çevirib yola düzəldi. Onun burda dayanıb tapmaca tapmağa vaxtı yox idi. Axı bu qadın nə demək
istəyirdi?.. Özünü elə aparır, elə bil onun qovulmasının günahı Kraldadı?!..
O, adaxlısının, qırmızı yelkənli gəmisinin lövbər saldığı körpüyə tələssə də, Kraliça Storrodanı görən kimi ayaq
saxladı... Sanki hansısa gözəgörünməz qüvvə onun yolunu kəsdi.
...Bu, kilsənin qapısı ağzında gördüyü tənha və qəmgin qadının üzü idi...
"Bu nə deməkdi? - Kral fikirləşdi. - Niyə mənə elə gəlir ki, o hətta Kraliça Storrodadan da gözəldi?.. Bu nə axmaq
fikirdi ağlıma gəldi?.. Axı, bu mümkün deyil?!"
Kraliça onu məğrur təbəssümlə qarşılayarkın, Kral, gözlərində yaş damlaları parlayan başqa bir qadın barədə
düşünürdü...
Kraliça Storroda həmişəki kimi, vüqarlı və gözəl olsa da, Kral ona qarşı anlaşılmaz ikrah duymağa başlamışdı.
- Səni belə tez gözləmirdim. - Kraliça Storroda yüngül istehzayla dedi - Elə bilirdim, öz kilsəndə diz çöküb dua
eləməklə məşğulsan.
Qəfildən, bu təkəbbürlü Kraliçanı ələ salmaq, onun istəklərinin əleyhinə getmək həvəsinə düşən Kral:
   1   2   3   4   5   6   7   8   9   10   11