Page 12 - "Xəzər"
P. 12
aqdan eşidilən nal səsləri və ox vıyıltıları" kimlərin hücumundan xəbər verir? Təbii ki, türklərin.
"Bir ac quzğun o birinə deyirdi" şeirində isə Qafqaz folklorunun ruhu açıq-aşkar duyulur.
"Gözəl qız, gördünmü mənim atımı?" misrasıyla başlayan balaca şeir isə Puşkinin yarıciddi, yarızarafat, yumor və
ironiyayla dolu saysız-hesabsız poetik miniatürlərindən biridir.
Ümumiyyətlə, maraqsız dərsliklərin, məktəblərdə zorla əzbərlətdirilən şeirlərin get-gedə oxucudan uzaqlaşdırdığı,
canlı insandan daha çox heykələ çevirdiyi Puşkin kimi böyük şairləri bütün ciddi və qeyri-ciddi tərəfləriylə, bütün
rəngarəngliyilə bugünkü Azərbaycan oxucusuna tanıtmağın və sevdirməyin vaxtı çoxdan çatıb. Bəlkə də, ötüb.
Amma mən bu şeirləri tərcümə eləmişəmsə, deməli, hələ ümidsiz deyiləm.
Ramiz Rövşən
A.S.PUŞKİN
Orijinaldan tərcümə edən: Ramiz Rövşən
Şeirlər "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

XİLAS YOLUNUN YOLÇULARI
Hüseyn ibn Mənsur Həllac - Doğuluşdan sufiliyə qədər uzanan əfsanəvi həyat yolu

21 Noyabr 2014

Həllacın həyat yolu

Sufi tarixinin ən parlaq və barışmaz simalarından olan, sufi-şair Hüseyn ibn Mənsur əl Həllac 244/858-59 -cu illərdə,
İranın Beyz şəhərində anadan olub.
Hüseynin babası - qədim İranda geniş vüsət almış Zərdüştlük təliminin davamçılarından olub.
Atası Mənsur - Allahın, Məhəmməd peyğəmbər vasitəsi ilə insanlığa bəxş etdyi yeni, azad və saf dini - İslamı qəbul
edib.
Həllacın tədqiqatçıları, onun atasının yun və pambıq əyirəni (xovlayıcısı) olduğunu, bu işlə Bağdad, Bəsrə, Kufə kimi,
toxuculuq mərkəzlərində işlədiyini bildirirlər.
Həllac, hələ erkən yaşlarından ərəb qrammatikasına və ilahiyyatçılıq elminə yiyələnir. Quranı və ona dair şərhləri
əzbər bilir. Təhsilini başa vurduqda (16 yaşını haqlayanda ) o, biliklərinin kifayət dərəcədə olmadığını, daha əsaslı və
   7   8   9   10   11   12   13   14   15   16   17