Page 3 - "Xəzər"
P. 3
iz-eşiksiz yoxsul avaraları, öz boz komalarında oturub, su pəriləri, divlər, ovsunlanıb dağlara qaçırılmış qızlar
haqqında maraqlı rəvayətlər danışan qocaları, qarıları xatırla... Sərt qayalıqlarda və sıx meşələrdə gizlənmiş
möhtəşəm poeziyanı mən onlardan öyrənmişəm. Qaranlıq monastırlardakı solğun bənizli, ovurdları çökmüş rahib və
rahibələr yadındadırmı? Mən onların rəvayətlər xəzinəsindən borc almışam. Və əlbəttə Qüdsə səfər edib qayıtmış
kəndlilər...
Mənə, yazmaq üçün bu qədər parlaq fikirlər bəxş etdiklərinə görə onlara borclu deyiləmmi? Özü də mən, təkcə
insanlara yox, meşələrdəki heyvanlara, səmadakı quşlara, ağaclara, güllərə də borcluyam. Axı onların hamısı bəzi
sirlərini mənə danışıblar?!..»
Əhvalı qəti dəyişməyən atam gülümsəyib başını yelləyəcək. Mənsə getdikcə daha ciddi görkəm alacağam: "Dünyada
heç kim bu borcları qaytarmağın yolunu bilmir. Elə bilirdim, Cənnətdə bu suallarıma cavab tapılar".
Atam, qayğısız və rahat görkəmlə: "Qorxma, qızım, bir şey fikirləşərik..." - deyəcək.
"Hələ sözümü bitirməmişəm." - mən deyəcəyəm. "Axı mən həm də dilimizi formalaşdırıb güclü silaha çevirənlərə,
mənə ondan istifadə etməyi öyrədənlərə, məndən əvvəl nəsr və nəzm yazanlara, yazını incə sənətə çevirənlərə,
bizim üçün cığır açan ustadlara da borcluyam?!.. Uşaq yaşlarımda əsərlərini oxuduğum böyük norveçlilərə, böyük
ruslara sonsuz borcum yoxdurmu? İsveç ədəbiyyatının öz zirvəsinə çatdığı bir dövrdə yaşamaq, Ridberqin mərmər
imperatorlarını, Snoilskinin poeziya dünyasını, Strindberqin sıldırım qayalarını, Qeyerstamın kəndlilərini, Ann Şarlotta
Edqrenin və Ernst Alqrenin müasir insanlarını, Heidenstamın şərq torpaqlarını tanımaq mənə nəsib olmayıbmı?..
Əsərlərində tarixi bərpa edən Sofi Elkana, Frödinqə, onun Vermlandin vadilərindən bəhs edən nağıllarına, Levertinin
əfsanələrinə, Hallstremin Tanatosuna, məni yeniliklərlə ayaqlaşmağa sövq edənlərə, təxəyyülümü zənginləşdirib,
xəyallarımın bəhrəsini dərməyə kömək edənlərə borclu deyiləmmi?
"Hə, haqlısan, qızım. Borcun həqiqətən, çoxdu, amma qorxma, bir çarə tapılar."- atam deyəcək.
"Yox, ata. Sən başa düşmürsən ki, mən həm də oxucularıma borcluyam. Onlar kitablarımı oxumaq istəməsəydilər,
mən neyləyərdim? Və əlbəttə, mənim haqqımda yazanları da unutmaq olmaz. İkicə sözü ilə bütöv Danimarkada
mənə dostlar qazandıran məşhur Danimarka tənqidçisini xatırlayırsanmı? Əcnəbi ölkələrdə mənim üçün çalışanları
yadına sal, həm təriflərinə, həm qınaqlarına görə mən onlara minnətdaram, ata."
"Hə, hə." - atam deyəcək və mən onun narahat olmağa başladığını hiss eləyəcəyəm. Şübhəsiz, mənə kömək
eləməyin asan olmayacağını o da başa düşəcək.
Mən isə: "Mənə kömək edənləri xatırla, ata!" - deyə sözümə davam edəcəyəm. "Heç kimin mənə inanmağa cürət
eləmədiyi bir vaxtda mənim üçün qapıları açmağa çalışan sadiq dostum Esseldeni yadına sal. Əsərlərimə diqqətlə
yanaşanları, yaradıcılığımı müdafiə edənləri xatırla! Bəs məni, nəinki Cənuba aparan, hətta, incəsənətin bütün
gözəllikləri ilə tanış edən, həyatımı daha xoşbəxt, daha qayğısız yaşamağa kömək edən yaxın dostum, yol yoldaşım
yadındadırmı? İnsanların mənə bəxş etdikləri sevgi, hörmət və ehtiram qarşısında necə çarəsiz olduğumu təsəvvür
edirsənmi? İndi başa düşürsən, yanına nə üçün gəlmişəm?"
Atam başını aşağı salacaq və daha əvvəlki qədər nikbin görünməyəcək.
«Haqlısan qızım, sənə kömək eləmək asan olmayacaq, lakin hər halda, başqa heç bir borcun yoxdur."
"Bəli, ata. Bu günə qədər borc içində yaşamaq asan olmayıb. İndi isə məni daha bir ağır borc yükü gözləyir. Elə buna
görə də sənin yanına məsləhət almağa gəlmişəm."
"Başa düşmürəm, daha hansı borc?!" - atam soruşacaq.
Və mən hər şeyi ona danışacağam. Atam: - "İnana bilmirəm..." - desə də, üzümə baxıb sözlərimin həqiqət olduğunu
anlayacaq. Sonra üzünün bütün qırışları titrəməyə başlayacaq, gözləri sevinc yaşıyla dolacaq.
"Mükafata namizədliyimi irəli sürənlərə və bu qərarı qəbul edənlərə nə deyəcəyəm? Onlar məni nəinki, böyük bir
ehtirama və pul mükafatına layiq görüblər, həm də mənə, əsərlərimin bütün dünya qarşısında fərqləndirəcək bir inam
göstəriblər. Bu borcu necə qaytaracağam?"
Atam bir müddət dilinə heç bir söz gətirə bilməyəcək. Sonra yanaqlarındakı sevinc yaşlarını silib yumruğunu,
yırğaladığı kreslonun qoluna vurub: "Nə bu dünyada, nə də Cənnətdə cavabını heç kimin bilmədiyi bir suala görə
beynimi yormayacağam. - deyəcək - Nobel mükafatını aldığın üçün o qədər xoşbəxtəm ki, heç nəyə görə narahat
   1   2   3   4   5   6   7   8