Page 10 - "Xəzər"
P. 10
nlərin bir günü qoç Böyük Çerstinin yanına qaçıb:
- Bu gün atan bizə qonaq gələcək. Onun yanında məni ər, ağa çağır, dadlı xörək hazırla. - dedi.
- Böyürtkən və qaragilə hazırlamaq asan işdi. Amma atam üçün su qaynatmaq olmaz.
Bunu eşidən qoç başını ağacın gövdəsinə çırpıb alnının damarlarını partlatdı, qan su yerinə axmağa başladı. Böyük
Çerstin qanlı qoğal bişirib atasını gülər üzlə və mehribanlıqla qarşıladı.
Böyük Çerstingildə qonaq olduqdan sonra evinə qayıdan qoca arvadına dedi:
-Daha qızına görə dərd çəkmə. O məni yuxarı başda əyləşdirdi, dadlı xörəyə qonaq elədi. Kürəkənimdən, evə yemək
gətirməyin yolunu da öyrəndim. Onun əri bax belə edir.
Kəndli bunu deyib başını üç dəfə daş divara çırpdı. Alnının damarları partlamasa da, ağlı çaşdı. Heç kimdən yan
keçməyən ölüm ona bir az da yaxınlaşdı.
-Bu saat ağılsızlığının ucbatından öləcəksən. Qızlarını şüursuz məxluqlara ərə verdiyin üçün sənə hələ bu da azdı. -
arvadı dedi.
Kəndli kiçik qızı, Kiçik Çerstinə baş çəkməyə getdi. O da atasını gülər üzlə, mehribanlıqla qarşıladı, yastı daşları üst-
üstə yığıb, üstünə yumşaq qamış döşəyib, atası üçün yer hazırladı. Bu vaxt qanadları qapı iriliyində qarabatdaq uçub
gəldi. O, kəndlinin gözləri qarşısında gölə baş vurub sudan çoxlu qızıl balıq çıxartdı və kiçik Çerstin atasına dadlı
nahar hazırladı.
Kiçik Çerstingildə qonaq olduqdan sonra evinə qayıdan kəndli arvadına dedi:
- Bu qızına görə də daha nigaran qalma. O məni yuxarı başda əyləşdirib dadlı xörəklərə qonaq elədi. Kürəkənimdən,
evə yemək gətirməyin yolunu da öyrəndim.
Qoca sahilə gedib körpüyə çıxdı, qollarını geniş açıb havaya sıçradı.
- Arvad, evə qayıdanda, sənə çoxlu qızıl balıq gətirəcəyəm. - deyib dərin burulğana yuvarlandı. O, balıq tuta bilməsə
də, doyunca çimdikdən sonra suda boğulub gölün dibinə çökdü.
Bunu eşidən qoç və qarabatdaq arvadları Böyük və Kiçik Çerstinə dedilər:
- Atanız ölüb. İndi evinizə qayıdıb, padşah övladlarının daş-qaşlı əlləri ilə sizi oxşayacağı günü gözləyə bilərsiz.
Böyük və Kiçik Çerstin ərlərinə belə cavab verdilər:
- Nəyə görə biz atamızın seçdiyi ərlərdən narazı olmalıyıq?
Bu məqam Böyük Çerstinin başının üstündəki daxma uçdu. Kiçik Çerstinin başının üstündəki daş mağara parça-
parça oldu... və bacılar özlərini ağ saray pillələrinin qarşısında tapdılar...
...Xidmətçilər onların ətəklərindən yapışmışdılar... Onları saray darvazalara ağzında qarşılayan gənc şahzadələr:
- Xoş gəlmisiz! Cadugər bizi lal-dinməz məxluqlara çevirmişdi, indi isə yenidən şahzadəyə çevrildik. - dedilər.
Böyük və Kiçik Çerstin bir-birlərinə baxıb gülümsədilər.
- Deməli, küpəgirən onları bizi xilas etmək üçün tilsimləyibmiş. - Böyük Çerstin dedi.
- O bizi beləcə sınamaq istəyibmiş. - Kiçik Çerstin cavab verdi.

NOBEL KÜRSÜSÜ
Elis Manro

21 Noyabr 2014
   5   6   7   8   9   10   11   12   13   14   15