Page 5 - "Xəzər"
P. 5
u nədi belə? - Kraliça soruşdu - Elə bil orda dəhşətli savaş gedir?
Gəmi Qull adasının yanından ötüb geniş körfəzə daxil olanda isə, Kraliça çayın sahilində yerləşən möhtəşəm
Kunqahell şəhərini gördü.
Xüsusi məharətlə yonulmuş iri tirlərdən tikilmiş evlər möhkəm və davamlı görünürdülər. Əyri küçələr tərsanəyə qədər
uzanırdı.
Təbəələrinə, avarları ehmalca və asta çəkməyi əmr edən Kraliça, gurultu səslərinin hardan gəldiyini axır ki, başa
düşdü. Dəmirçilər, əllərindəki ağır çəkicləri işlədə-işlədə var qüvvələri ilə dəmir döyəcləyirdilər. Xarratlar, ətrafa
gurultu sala-sala uzun taxta parçalarını bərəyə yükləyirdilər. Çörəkxanalarda oxlovlar şaqqıldayırdı. Gəmiqayıranlar,
uzun mıxları qalın palıd lövhələrə mıxlayırdılar.
Təmir olunmuş gəmi və qayıqlar suda yırğalanırdı. Dənizçilər arvadları ilə tələsik vidalaşdılar.
Ağır gəmi sandıqları anbarlara yığıldı.
Kraliça, çay yuxarı üzən gəmilərin, siyənək balığıyla dolu çəlləklərin və duz kisələrinin ağırlığından əyildiyini hiss etdi.
Dəniz açıqlığında üzən gəmilər isə qiymətli palıd taxtalar, dəri və xəzlə yüklənmişdi
Tərsanənin bu qaynar işgüzarlıqla dolu mənzərəsini əmnun iəğəssümlə izləyən Kraliça Siqrid təbəssümünü gizlədə
bilmədi.
- Nə demək olar?... - o özlüyündə fikirləşdi - Kral Olavın arvadı olub belə bir şəhərə hökmranlıq eləməyin əleyhinə
deyiləm.
Qırmızı yelkənli gəmi körpüyə yaxınlaşırdı. Gəminin yuxarı göyərtəsində dayanmış gümüşü libaslı Kraliça Siqrid
Storroda sanki şəhərin üstüylə pərvaz edirdi.
O necə də gözəl idi!... Yanaqları, dağ zirvəsinin qarından bəyaz idi, qapqara, dalğalı saçları, daş-qaşla bəzədilmiş
məxmər başmaqlarının üstünə düşür, oxa bənzər kirpikləri yanaqlarına mavi kölgə salırdı... gözləri, ulduzsuz gecələr
qədər qara və nəhayətsiz idi...
Vassalları və döyüşçüləri ilə birgə körpüdə dayanmış Kral bu əsil-nəcabətli adaxlısına uzaqdan-uzağa heyranlıqla
tamaşa edə-edə:
"Yer üzündə ondan gözəl qadın yoxdu və heç vaxt da olmayıb..." - deyə düşünürdü. "O, həqiqətən də, deyildiyi qədər
gözəl imiş".
Storroda da, öz növbəsində, təkəbbürlə gülümsəyə-gülümsəyə gənc Kralı uzaqdan-uzağa süzə-süzə: «Onun qızılı,
ipək saçları necə də gözəldi?!.. Ala gözləri isə polad kimi sərtdi." - deyə düşündü.
Siqrid Storroda gəmidən düşüb əlini Krala uzatdı.
Kralıçanın əli isti və zərif idi.
Kral Olav bu isti və nəvazişi əvvəl əlində, sonra qəlbində hiss etdi.
Kral və Kraliça enli mərmər pillələrlə saraya qalxdılar.
Kral, Storrodanı dəbdəbəli süfrənin yuxarı başında əyləşdirib, ayaqlarının altına qiymətli hədiyyələr sərdirdi. Arfa və
tütəklərlə Kraliçanın şərəfinə mahnılar səsləndi, müğənnilər oxuduğu nəğmələrlə onun gözəlliyini vəsf etdilər.
Sonda, hamı susandan sonra yepiskop ayağa qalxıb dua oxumağa başladı. Kraliça Storroda isə bu müqəddəs sözləri
eşitmirmiş kimi gülməyə, zarafat eləməyə, Krala öz saysız-hesabsız sərvətlərindən danışmağa başladı. Kraliçaya sarı
əyilib onun valehedici, şirin səsini dinləyən kral Olav da Yepiskopa sarı baxmırdı.
Bu vaxt möminləri axşam ibadətinə səsləyən kilsə zənglərinin səsi eşidildi... və Kral Olav, cadugər ovsunundan yaxa
qurtarmaq istəyən tək, yerindən sıçrayıb əlini alnına apardı. Kraliça nəvaziş və qətiyyətlə Kralın əlindən tutub, onu
yenə öz yanında əyləşdirdi, məşhur bir müğənnini yanına çağırtdırıb, qədim qəhrəmanların şücaətini və qüdrətini,
məğlublara qarşı amansızlığını vəsf edən mahnılarla Kral Olavı əyləndirməyi əmr etdi və Kral Olav kilsəyə getmək
əvəzinə, adaxlısının yanında qalıb, onun alov saçan dodaqlarına, qara və nəhayətsiz gözlərinə tamaşa elədi.
...O gecə Geta-Elf çayının bərəçisinin işi həmişəkindən çox oldu. Onu o sahildən bu sahilə səsləyənlərin sayı
artmışdı. Bələdçi hər dəfə səs gələn tərəfə üzsə də, sahildə heç kimi tapa bilmirdi. Beləcə, o, bütün gecə .sahilə yan
aldı. Nəhayət, səhərə yaxın qumluqda çoxlu xırda ayaq izləri və xalis qızıl qırıntılarını görən bərəçi başa düşdü ki,
onu, xaçpərəstliyinə görə Norveçi tərk edən, indi isə geri qayıdan cinlər və cırtdanlar səsləyirmişlər.
   1   2   3   4   5   6   7   8   9   10