Page 11 - "Xəzər"
P. 11
3-cü ilin Nobel mükafatı laureatı Elis Manro (1931) ilk kitabını ("Şən kölgələrin rəqsi", 1968) 37 yaşında çap
etdirib. Elə ilk kitabıyla uğur qazanan yazıçı Kanadanın ən yüksək ədəbi mükafatını - "General-qubernator
mükafatı"nı qazanıb. Yaradıcılığında əsasən hekayə janrına üstünlük verən, "Kanadanın Çexovu" adlandırılan Manro
"Qızların və qadınların həyatı" (1971), "Sizə demək istədiyim bir şey vardır" (1974), "Sən özünü axı nə hesab
edirsən?" (1978), "Yupiterin peykləri" (1982), "Gənclik dostum" (1990), "Yaxşı qadının sevgisi" (1998), "Qaçaq"
(2004), "Əziz həyat" (2012) və bir çox başqa hekayə toplusunun müəllifidir.
Elis Manro 2009-cu ildə Beynəlxalq "Buker" mükafatna, 2013-cü ildə isə "Çağdaç hekayə janrındakı uğurlarına görə"
Nobel mükafatına layiq görülmüşdür.
Müsahibə və hekayə "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub
QIZIL DÖVRÜN ŞAİRLƏRİ
Dərsliklərdə olmayan Puşkin
21 Noyabr 2014
(Ön söz yerinə)
Oxuyacağınız bu şeirlər böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin bizə uşaqlıqdan məlum olan məşhur
şeirlərindən xeyli fərqlənir. Əslində, onu bu şeirlərin tamhüquqlu müəllifi saymaq da bir az çətindir. "Qurana nəzirə"
silsiləsindən olan şeirlər, adından da göründüyü kimi, bu müqəddəs kitabın motivləri əsasında yazılıb. Və bu şeirlərin
yazılmasına, yəqin ki, şairin damarlarından axan ərəb qanının da təsiri olub.
"Qərbi slavyanların nəğmələri"ni isə Puşkin o nəğmələri toplayan məşhur fransız yazıçısı Prosper Merimenin Parisdə
çap etdirdiyi kitabdan, yəni fransızcadan rus dilinə çevirib. Təbii ki, Puşkinin bu tərcümələri həddən artıq sərbəst,
yaradıcı tərcümələrdir və onun cildlərində orijinal şeirləri kimi çap olunmağa haqq qazanıblar. Bu nəğmələrin bizim
üçün bir maraqlı cəhəti də bu qərbi slavyan nəğmələrində şərq, daha doğrusu, türk motivinin olmasıdır. "At" şeirindəki