Page 13 - "Xəzər"
P. 13
rin bilik əldə eləməyə ehtiyacı olduğunu anlayır. Həmin dövrlər, Həllacın əmisi, gənc ilahiyyatçıya, azad fikirli,
qorxmaz sufi - Səhl Tustari barədə danışır.
Səhl bin Abdullah ət-Tustari, dövrünün ən yüksək, sufi- imam dərəcəsinə çatmış şeyxlərdən idi. Əmisinin dediyinə
görə, Səhl - "İslamın Həqiqi Ruhunun şərhçisi idi". Deyilənə görə o, ömrünü, qəbul olunmuş vaxtı və qaydaları aşan
orucda keçirir, hər gün dörd yüz rükət namaz qılırdı.
Əmisinin bu hekayətlərindən ilhamlanan gənc Həllac, Tustara üz tutur. Orada məşhur sufi, Səhl bin Abdulla ət
Tustarinin xidmətinə qəbul edilir.
Tustar şəhərində keçən iki il ərzində Həllac, dini təcrübə ilə məşğul olaraq, Haqqa (Həqiqətə) aparan yolu ruhi
kamilləşmə mərhələləri üzrə keçir. İki ilin tamamında isə, müəllimini tərk edərək, Bəsrəyə köçür və orada, o dövrün
məşhur din xadimi Əmrə ibn Osman əl Məkki ilə tanış olur.
Bəsrədə yaşadığı dövrlər Həllac, dini təcrübənin son mərhələlərini keçir və Əmrə, Həllaca, cod kətandan tikilən dərviş
libası geyindirib, onu sufiliyə qəbul edir.
Həmin andan Həllac, Kamillik Zirvəsi mərhələsinə çatmış nəhəng sufilər cərgəsinə daxil olur.
Mətn "Xəzər" dünya ədəbiyyatı dərgisinin 1/2014 nömrəsində çap olunub

SERVANTES MÜKAFATI LAUREATLARI
Ernesto Sabato

21 Noyabr 2014

Tərcümə edən: Saday Budaqlı
Tanınmış Argentina yazıçısı Ernesto Sabatonun (1911-2011) ilk kitabı esselər məcmuəsindən ibarət olsa da, 1948-ci
ildə işıq üzü görən «Tunel» romanı artıq onu bir yazıçı kimi tanıtdırıb. Alber Kamyunun əsər haqqında dediyi xoş
sözlərdən sonra roman dərhal onlarla dilə tərcümə olunub. 1961-ci ildə çap olunan «Qəhrəmanlar və məzarlar»
romanı isə XX əsrin ən yaxşı romanlarından sayılır.
Sabato XX əsrin nəhəng yazıçılarından olan Kortasar, Borxes, Qabriel Qarsia Markes və Jorji Amadu ilə birlikdə
"magik realizm"in əsasını qoyanlardan hesab olunur.
   8   9   10   11   12   13   14   15   16   17   18