Page 149 - "Xəzər"
P. 149
lmə 149
2017
şərq cəbhəsində dəyişiklik yoxdu,
nə qədər durğunluq olar, aman Allah? Lyubov Yakimçuk. Şeirlər
ölümündən əvvəl metal isti olur
ölümündən sonra soyuq olur insan
mənə ordakı Luqanskdan danışmayın
o, çoxdan “qansk” olub
“lu”nusa qırmızı asfalta çeviriblər
mənim dostlarım girovluqda –
oralara gedib çıxa bilmərəm
zirzəmilərdən, uçqunlar altından
onları çıxartmaqçün
sizsə şeirlər yazırsız
lirik şeirlər
gözəl şeirlər
hamar şeirlər
qızıl şeirlər
müharibə haqda şeir olmur, əzizim
müharibə haqda yalnız ayrılıq var
yalnız hərflər var
hamısı da – r
Pervomayskı bombayla iki yerə
böldülər:
pervo və maysk.
oralarda yenə qurtardı müharibə
amma sülh başlamadı
mən üfüqə baxıram
üçbucaqlıdı, üçbucaqlıdı, üçbucaqlıdı
günəbaxanlar başını aşağı əyib
mənimtək qara oldular,
quru oldular
indi çox köhnəyəm, çox qocayam
mən daha Lyuba deyiləm
yalnız ba-yam
2017
şərq cəbhəsində dəyişiklik yoxdu,
nə qədər durğunluq olar, aman Allah? Lyubov Yakimçuk. Şeirlər
ölümündən əvvəl metal isti olur
ölümündən sonra soyuq olur insan
mənə ordakı Luqanskdan danışmayın
o, çoxdan “qansk” olub
“lu”nusa qırmızı asfalta çeviriblər
mənim dostlarım girovluqda –
oralara gedib çıxa bilmərəm
zirzəmilərdən, uçqunlar altından
onları çıxartmaqçün
sizsə şeirlər yazırsız
lirik şeirlər
gözəl şeirlər
hamar şeirlər
qızıl şeirlər
müharibə haqda şeir olmur, əzizim
müharibə haqda yalnız ayrılıq var
yalnız hərflər var
hamısı da – r
Pervomayskı bombayla iki yerə
böldülər:
pervo və maysk.
oralarda yenə qurtardı müharibə
amma sülh başlamadı
mən üfüqə baxıram
üçbucaqlıdı, üçbucaqlıdı, üçbucaqlıdı
günəbaxanlar başını aşağı əyib
mənimtək qara oldular,
quru oldular
indi çox köhnəyəm, çox qocayam
mən daha Lyuba deyiləm
yalnız ba-yam