Page 609 - antologiya - poeziya_175x250_Layout 1
P. 609
Ìèðçÿ Ôÿòÿëè Àõóíäçàäÿ
piya dәsilә әnvai-zәhmәtdә Tәbrizә varid oldu vә hәr tәrәfә dәstә göndәrib
zәxirә tәhsilinә iqdam etdi. Әlinә bir hәbbә vә bir öküz vә qoyun düşmәdi.
Naçar üç gündәn sonra üftan vә xizan, ac vә әfsürdә Tәbrizdәn kusi-rehlәt
dö yüb qaçdı. Bu tәdbir ilә mülki-İran taifeyi-biganәnin hücumundan mәhfuz
qaldı. Yolları pozmaq vә körpülәri yıxmaq bir mәrtәbәdә tәdbiri-müfid
göründü ki, dövlәti-әliyyә Bәkir paşa qaçandan sonra dәxi belә sәlah gördü
ki, onları hәmişә bu qәrarda baqi qoysun, dübarә taifeyi-biganәnin hücum
gәtirmәk ehtiyatı ilә. Bu tәriq ilә dövlәti-әliyyәnin qoşunundan bir nәfәrinin
dәxi burnu qanamayıb, әsakiri-mәnsurәnin cümlәsi hәmsayә düşmәnlәrin
vәhşәti üçün salim qaldı. Belә işlәr xüsusunda asitaneyi-әliyyәnin qoca iti
tәdbir göstәrmәkdәn aciz deyil! Amma kәvakib ilә müxalifәt etmәkdә әqlim
hәr bir әlacdan qasir görünür...
Şahın vәhşәti qayәtdә ziyadәlәnmәyә başladı. Sonra müstövfi Mirzә
Yәhya tәkәllümә gәldi: 33
– Bu bәndeyi-hәqir vәzirin әqrәbi vә dәst-pәrvәrdәsi olduğum sәbәbә
vә onun vücudu vasitәsilә bu mәnsәbә yetişdiyimә görә, ixlas vә sәdaqәt
göstәrmәkdә bilkülliyyә onun niyyәti-hәsәnәsinә vә qaydasına peyrәvilik
etmişәm. Müşәxxәsdir ki, qoşunun vә әvasiti-sahib-mәnsәbanın mәvacibi
qibleyi-alәmin fәrmanı mucibincә vә mәnim imzam ilә vilayәtlәrin
mәdaxilindәn hәvalәt olunur. Çünki xәzineyi-amirәdә nüquddan nöqsan
görsәnmişdi, necә ki, vәzir zikr elәdi, ona binaәn mәn bu cәhәtdәn qayәtdә
dilәfsürdә idim. Әgәrçi mәn fәramini-mәvacibi imza edib vilayәtlәrә hәvalә
etmişәm ki, mәvaciblәrin qәti ilә dövlәti-әliyyә xalqın nәzәrindә bietibar
görünmәsin; amma mәxfi hәr bir vilayәt hakiminә piş әz-vәqt mәktub
göndәrmişәm ki, mәnim tәrәfimdәn cüdaganә nәviştә olmamış mәhz fәrman
mucibilә mәvacib icra etmәkdәn etiraz etsinlәr. Hәmin tәdbir sәbәbilә
xәzineyi-amirәnin müdaxili çox tәzayüd behәm edibdir vә qoşun xalqı vә
sahibmәnsәblәr әgәrçi bivüsuli-mәvacib qalıblar, amma sülh vә asayiş
zamanı olmaq sәbәbilә vә İranın kәmali ucuzluğuna görә, mәvacibә ziyadә
möhtac olmayıblar. Belә işlәr xüsusunda mәnim zehni-dәqiqim yәdi-beyza
göstәrir; lakin kәvakibin tәsirini rәdd etmәk üçün, doğrusu, heç bir çarәyә
әqlim çatmır...
Növbәt yetişdi mollabaşıya, tәqrir elәdi:
– Cәnab әqdәsi-ilahi qibleyi-alәmin vücudi-mübarәkini әimmeyi-әthar
hörmәtinә cәmin-afati-sәmavidәn vә әrzindәn mәhfuz etsin! Bu daiyi-
dәvami-dövlәti-qahirәnin ixlas vә sәdaqәti, silsileyi-cәlileyi-Sәfәviyyәyә
nisbәt tövsifdәn xaricdir! Qibleyi-alәmin pedәri-büzürgüvarları zamanında
mәnsәbi-mollabaşılığa sәrәfraz olduğumda nisfi-İran, hәtta payitәxtin yarısı