Page 607 - antologiya - poeziya_175x250_Layout 1
P. 607

Ìèðçÿ Ôÿòÿëè Àõóíäçàäÿ




                                  Aldanmış kәvakib


                      әfәviyyәnin Әvaili-sәltәnәtindә Qәzvin paytәxt idi. Hadisati-mü -
                      tә nәbbiәnin vüquundan sonra Mәhәmmәd şah Sәfәvi sәl  tә nәti
                Söz oğlu Şah Abbasi-әvvәlә tәslim etdi. Şah Abbasın cülusundan
            altı il keçib, yeddimci il başlanmışdı ki, aşağıda zikr olunan qәziy yә vaqe
            oldu.
                Baharın әvvәli idi, Novruzdan üç gün keçmişdi; Şah Abbas günortadan
            üç saat keçmiş qәsrdә öz mәhbubәsi Sәlma xatun ilә oturub söhbәtә mәşğul
            idi ki, xacәbaşı xacә Mübarәk içәri girib, kürnuş edib әrz elәdi ki:
                – Münәccimbaşı Mirzә Sәdrәddin qibleyi-alәmin ziyarәtinә müşәrrәf
            olmaq istәyir, bir vacibi işdәn ötrü.
                Şah Sәlma xatuna işarә etdi ki, hәrәmxanaya getsin vә xacәyә buyurdu  31
            ki:
                – Mirzә Sәdrәddini çağır gәlsin!
                Münәccimbaşı şahın hüzuruna daxil olub, kürnuşdan sonra әl-әl üstә
            qabaqda durub dua vә sәna etdi. Şah soruşdu ki:
                – Mirzә, nә var?
                Münәccimbaşı әrz elәdi ki:
                – Qibleyi-alәm sağ olsun, bu övqat kәvakibin seyrindәn belә mәlum
            olur ki, Novruzdan on beş gün keçmiş Mәrrixin Әqrәb ilә iqtiranı vaqe
            olacaq vә bu qirani nәhseynin tәsiri budur ki, mәşri-zәmindә vә bittәrcih
            mülki-İranda sahibi-sәltәnәtin vücuduna sәdәmeyi-üzma yetişәcәkdir. Buna
            binaәn mәn ki asitaneyi-sәniyyәnin müxlis vә cansipar bәndәsiyәm, özümә
            vacib bildim ki, bu keyfiyyәti piş-әzhadisә qibleyi-alәmә mәruz edim.
                Şah bu vaxt çox cavan idi. Ömründәn ancaq iyirmi iki il keçmişdi.
            Mәlumdur ki, bu sinndә hәyat necә şirin vә әzizdir. Xüsusәn ki, dәrәceyi-
            ülyada vә tәxti-sәltәnәtin üstündә! Bu sәbәbә münәccimbaşının xәbәri
            şahi-cavanı qayәtdә dәhşәti-üzmaya saldı. Haman saat rәngi qaçıb, guya ki,
            bihuş oldu. Bir dәqiqәdәn sonra başın qaldırıb Mirzә Sәdrәddinә buyurdu
            ki:
                – Xub, mürәxxәssәn, get!
                Münәccimbaşı kürnuş edib qayıtdı.
                Şah yalqız qәsrdә yarım saat fikrә piçidә olub, sonra xacә Mübarәki
            avaz etdi. Xacә hüzura daxil olduqda buyurdu ki:
                – Fәrraş göndәr, bu saatda vәzir Mirzә Möhsünü vә sәrdar Zaman xanı
            vә müstövfi Mirzә Yәhyanı vә mollabaşı Axund Sәmәdi mәnim hüzuruma
   602   603   604   605   606   607   608   609   610   611   612