Page 605 - antologiya - poeziya_175x250_Layout 1
P. 605

Èsmaéûl áÿy Qutqàøûnlû


                Rәşid bәy vә Sәadәt xanım hәmin günü çox şad keçirtdilәr.
                Ertәsi gün ev sahiblәrinә çox-çox tәşәkkür edib onları toya çağırdılar,
            özlәri isә İsmayıl bәyin yanına getmәyә tәlәsdilәr.
                Bir neçә gün sonra İsmayıl bәy toy ehtiyatını hazırladı vә bütün dost-
            aşnalarına, qohumlarına mәktub göndәrib, oğlunun toyuna çağırdı. Bir çox
            Qafqaz bәylәrinin adәti üzrә, bu toy bir ay sürdü.
                İki sevgilinin xoşbәxt olmasına ümid etmәliyik. Onlar mәqsәdlәrinә
            çatıb birgә yaşadıqlarını gördükdә, keçirdiklәri әzabları xatırlayır vә bu
            xatirәdәn böyük hәzz alırdılar. Tutu xanım kürәkәninin evindә qızının nә
            qәdәr şad vә xoşbәxt yaşamasını görüb özü dә xoşbәxt olurdu. Әzizin
            rütbәsi artmışdı; o, Şamahla evlәnmişdi. Hәr gün ağalarına dua edirdi.
                Rәşid bәyin atası öz oğlunun xoşbәxtliyinә çox şad olaraq mahalı idarә
            etmәyi ona tapşırdı.

                                                                                   29
   600   601   602   603   604   605   606   607   608   609   610