Page 602 - antologiya - poeziya_175x250_Layout 1
P. 602
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
Rәşid ona min tәşәkkür edib, Sәadәtә vә Әzizә xәbәr verdi. Onlar atlarına
minib Mәrdanın kәndinә yola düşdülәr. Mәrdan da qabaqda gedib bәlәdçilik
edirdi. Günәş batdıqdan sonra onlar kәndә daxil olub Mәrdanın evinә
yetişdilәr. Vәfalı Mәrdan elә bir ehtiyat göstәrdi ki, kәnddә heç kәs bu әziz
qonaqların gәlmәsini bilmәdi. Arvadı canla-başla qonaqlara xidmәt edirdi.
Әziz atları yaxşıca rahatladı vә onları gәldiklәrindәn dә uzun bir sәfәrә
hazırladı. Rәşid bir neçә saat istirahәt etdikdәn sonra Sәadәtin yanına gәlib
ikigünlüyә evә getmәk niyyәtindә olduğunu xәbәr verdi. Evә getmәkdә
mәqsәdi, atasından icazә alıb Sәadәti onun evinә gәtirmәk olduğunu söylәdi.
Bu sözlәrdәn sonra Rәşid Sәadәti qucaqlayıb, üzünü atәşli busәlәrlә öpdü
vә vidalaşıb öz evinә tәrәf yola düşdü.
İndi mәn diqqәtinizi bir az da Qәbәlә şәhәrinә cәlb etmәliyәm.
Şamah Sәadәtin qoşulub qaçmasına kömәk etdikdәn sonra, ağalarının
gözünә görünmәkdәn qorxub, xәlvәti şәhәrdәn çıxdı vә ailәsi yaşayan
26 Tikanlı kәndinә getdi. Sübh tezdәn Tutu xanım Sәadәtin vә dayәsinin evdә
olmadıq larından tәşvişә düşüb, şәhәrdә yaşayan bütün qohumlarına adam
göndәrdi ki, bәlkә, Sәadәt onların evinә getmiş ola. Sәadәti heç bir yerdә
tapa bilmәdilәr. Tutu xanımın bütün tәşәbbüslәri nәticәsiz qaldıqda qorxusu
daha da artdı.
Rәşid bәyin gecә ağaca bağladığı şәxs günorta Tutu xanıma qızının
igid Rәşid bәylә qaçdığını xәbәr verdi. Tutu xanım bu әhvalatdan mәyus
olsa da, bir az tәskinlik tapdı, çünki Rәşid bәyin tәrifini o, hәr yerdә
eşitmişdi vә bilirdi ki, qızı onunla xoşbәxt yaşaya bilәr.
Әsgәr ağanın әmisinә gәldikdә, o, işin müvәffә qiyyәtsizliyini görüb,
hiddәtindәn partlamaq dәrәcәsinә gәldi vә Rәşid bәyin onun saqqalına
gülmәsinә yol vermә yәcәyinә and içdi. Atlılarını bir neçә hissәyә bölüb
Rәşid bәyin dalınca göndәrdi vә harada tapsalar, onu tutub gәtirmәlәrini
әmr etdi. Atlılar çox axtarışdan sonra gecә heç bir müvәffәqiyyәt әldә
etmәyәrәk geri döndülәr. Sәhәri gün onların ağası ürәyi kin vә kәdәr dolu
ikәn öz dәstәsilә şәhәrdәn çıxıb, axşama qәdәr yol gedib Әrәşә yetişdi vә
bütün әhvalatı qardaşı Kazım xana xәbәr verdi. Kazım xan isә hәmin saat
bütün qoşunun toplanmasını әmr etdi.
Ertәsi gün sübh tezdәn Kazım xan öz qoşunu ilә bәrabәr İsmayıl bәyin
mülk vә mahalının sәrhәdinә yeridi. Hәmin sәrhәddә Rәşid çoxdan bәri öz
müttәfiqlәrindәn yardım qüvvәsi gözlәyirdi. Atası onu bağışlamışdı vә
düşmәnә qarşı göndәrdiyi әsgәri qüvvәnin sәrkәrdәliyini dә ona tapşırmışdı.
Hәr iki düşmәnin mәmlәkәtindә müharibә hazırlığı gedirdi.
Rәşid bәy qoşunun bir hissәsilә Kazım xana yaxın yerdә gözәl bir
sәngәr tutmuşdu. Bir neçә güllә mәnzili qabaqda atlılarından bir neçәsini
uca ağaclara çıxararaq gözәtçi qoyduqdan sonra qoşununa meşәnin bir qalın
ye rindә kölgәlәnmәyi әmr etdi. Rәşid bәy özü oturdu, әsgәrlәri dә onun әt -